Gürcüstanda 205 məscid GMİ-nin ixtiyarına verilib
Tarix: 13.12.2019 | Saat: 10:20:00 | E-mail | Çapa göndər



Gürcüstanda 330-a yaxın məscid var. Onların 205-i dövlət qeydiyyatına alınaraq Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) ixtiyarına verilib. Digər məscidlərin də dövlət qeydiyyatına alınması ilə bağlı işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə GMİ-nin 2019-cu ildəki fəaliyyəti ilə bağlı hesabat yığıncağında məlumat verilib.

Qurani-Kərimin tilavəti ilə açılan tədbirdə GMİ-nin şeyxi hacı Ramin İgidov çıxış edərək il ərzində görülmüş işlər və proqramlar haqqında məlumat verib
Bildirib ki, son illər ölkədə bir neçə yeni məscid inşa, 34 məscid təmir olunub, bir neçə məscidin müəyyən ehtiyacları təmin edilib. GMİ nəzdində 4 sayt və iki internet televiziya fəaliyyət göstərir.

Başa çatmaqda olan il ərzində 28 yeni kitab, müxtəlif qəzet, poster və jurnallar iri tirajlarda nəşr olunub.
İdarə 70 məscidin təmənnasız təbii qazla təmin olunması üçün “SOCAR Georgia Gas” şirkəti ilə müqavilə imzalayıb.
GMİ şeyxi çıxışı zamanı bəzi problemlərə də toxunub, əsasən məscidlərin tikintisi zamanı yaranan süni maneələrdən danışıb.
GMİ-nin Şərqi Gürcüstan üzrə müftisi hacı Yasin Əliyev, Qərbi Gürcüstan müftisinin nümayəndəsi Cemal Adadze, Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşı Sərxan İsmayılov, Türkiyə bu ölkədəki səfirliyinin din müşaviri Hacı Ahmed Erdem və başqaları şəxəş edərək müsəlman icmasına dövlətin diqqət və qayğısından, dövlət - din münasibətlərindən, ölkədə dinlər və məzhəblər arasındakı xoş münasibətlərdən danışıblar.
Göstərilən diqqət, qayğı və dəstəyə görə Gürcüstan dövlətinə təşəkkür ediblər.




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi
02.06.2020
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılır
02.06.2020
AMEA işçiləri üçün “günaşırı” iş sisteminin tətbiqinə başlanılıb
01.06.2020
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi təşkil olunacaq
01.06.2020
Maska taxmayanlara agentlikdən “sürpriz“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info