Gömrükçülərdən uğurlu əməliyyat
Tarix: 13.12.2019 | Saat: 11:41:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə ölkəmizin gömrük ərazisinə qanunsuz yolla külli miqdarda pirotexniki vasitənin gətirilməsi barədə məlumat daxil olub.
Külli miqdarda pirotexniki vasitənin Azərbaycan vətəndaşı İlqar Məmmədov tərəfindən əldə edilməsi, Bakı şəhərinin Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən “Yeni Ev” MTK yaşayış kompleksinə aid yeraltı avtomobil dayanacağında saxlanılması və daşınması bildirilib.
Bu məlumat əsasında əməliyyat qrupu yaradılıb və sözügedən ünvandakı yeraltı avtomobil dayanacağına baxış keçirilib. Baxış zamanı, dayanacaqda “Toyota Land Cruiser” markalı, 90-LS-860 nömrə nişanlı minik avtomobilinin durduğu və İlqar Məmmədovun 1 ədəd bağlamada olan pirotexniki məmulatı həmin nəqliyyat vasitəsinə yüklədiyi müəyyən edilib.
Daha sonra avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin arxa yük yerində olan 1 ədəd bağlamada 144 ədəd “8 Shots color shots” markalı pirotexniki vasitə aşkar edilib.
Dayanacaqda olan qutularda isə ümumilikdə 114 min 789 ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2020
İranda bir sıra məhsullara vergilər artırıldı
19.01.2020
Azərbaycanda dəniz yük daşımalarının həcmi artıb
18.01.2020
Azərbaycanda dəmiryolu yükdaşımalarının həcmi artıb
18.01.2020
Boeing 737 Max təyyarələrin daha bir zəifliyini aşkar etdi
18.01.2020
Keçən il 18,1 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info