Azərbaycanın valyuta ehtiyatları ilin əvvəlindən 13 faiz artıb
Tarix: 13.12.2019 | Saat: 12:46:00 | E-mail | Çapa göndər


Profisitli tədiyə balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən 12,7% və ya 5,7 mlrd. ABŞ dolları artaraq 50,4 mlrd. dollara çatıb.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, iqtisadi artım tempinin yüksəlməsi prosesi davam edir. Rəsmi statistikaya görə cari ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2,1% təşkil edib. İqtisadi artım qeyri-neft sektorunda 3,6% olub ki, bu da əsasən ticari sektordan qaynaqlanıb. Qeyri-neft sənayesində 15,7%, kənd təsərrüfatında 7,3% artım müşahidə olunub. Daxili tələbin genişlənməsinin əsas faktorları dövlətin sosial xərclərinin artması və kredit aktivliyinin tədricən yüksəlməsidir. Sosialyönümlü fiskal stimulların genişlənməsi şəraitində əhalinin nominal gəlirləri 10 ayda ötən ilin eyni dövrünə nəzərən 6,9% artıb ki, bu da illik inflyasiyanı əhəmiyyətli üstələyir. Real sektor monitorinqinin nəticələrinə əsasən biznes inam indeksi noyabrda ötən ayla müqayisədə qeyri-neft sənayesində, ticarət və tikinti sektorlarında artım, xidmət sektorunda isə (mövsümi faktor) nisbi sabitlik meyli nümayiş etdirib. Əlverişli beynəlxalq konyunktur və qeyri-neft sektorunun ixrac potensialının yüksəlməsi xarici ticarət balansında iri həcmli profisiti qorumağa imkan verir. Son bir ayda neftin dünya qiyməti yenidən artmağa meyl göstərib. 11 ay üzrə brent markalı neftin 1 barelinin orta qiyməti 64,1 dollar təşkil edib. Bu, 2018-ci il üzrə orta qiymətdən (72 dollar) aşağı olsa da ticarət balansının əhəmiyyətli profisitini təmin edir. İlkin rəqəmlərə görə cari ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 2,3%, o cümlədən, qeyri-neft ixracı 17,5% artıb, monetar qızıl idxalı nəzərə alınmadan qeyri-neft idxalının artımı 9% olub.




 
Bölməyə aid digər xəbərlər
21.01.2020
Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub
21.01.2020
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
21.01.2020
Ötən il yol qəzalarında 821 nəfər ölüb, 1702 nəfər xəsarət alıb
21.01.2020
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21.01.2020
Rusiyada yaşayış binasında güclü yanğın səbəbindən11 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
2 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
3 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
4 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
5 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info