Türkiyə: “ABŞ Senatının qərarını tanımırıq“
Tarix: 13.12.2019 | Saat: 12:49:00 | E-mail | Çapa göndər


Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul etməsinə münasibət bildirib. APA-nın “haberler.com” saytına istinadən verdiyi xəbərə görə, Van şəhərində keçirilən tədbirdə çıxış edən nazir deyib ki, ABŞ Senatının məlum qərarı Türkiyə hökuməti və xalqının gözündə yox səviyyəsindədir. “Məlum qərarı nə hüquqi, nə siyasi, nə də tarixi olaraq tanıyırıq. Tarixin və hüququn siyasiləşdirilməsi heç bir millətə, heç bir ölkəyə fayda gətirə bilməz. 1915-ci il hadisələri ilə bağlı arxivləri açmaq barədə fikirlərimizi dəfələrlə ən yüksək səviyyədə bildirmişik və bu mövzuda elm adamları ilə birgə hər cür diskussiyaya açığıq. Soyqırımı törətməyən yeganə millət türk millətidir”, - deyə nazir vurğulayıb.
Xatırladaq ki, ABŞ Senatı 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul edib. Dördüncü dəfə səsə qoyulan qanun layihəsini yekdilliklə qəbul olunub. Qanun layihəsi daha əvvəl Nümayəndələr Palatasında 11 səsə 405 səslə qəbul edilib, lakin Senat tərəfindən üç dəfə ləğv edilib. Bu dəfə isə təsdiqlənib.




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Dmitri Peskov İdlibdǝki vǝziyyǝti qiymǝtlǝndirib
19.02.2020
Prezident Şövkət Mirziyoyev Türkiyəyə səfərə gəlir
19.02.2020
Yanukoviç xalqa müraciət etdi: Ölkə parçalanır…
18.02.2020
Surkov prezidentin köməkçisi vəzifəsindən azad edilib
18.02.2020
Paşinyan çox narahatdır: vəziyyət uzun müddət belə davam etməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info