“Ezo gəlin” şorbası
Tarix: 13.12.2019 | Saat: 13:53:00 | E-mail | Çapa göndər


“Türkiyə mətbəxi” silsiləsindən bu gün biz sizə Anadolu ətri verən ”Ezo gəlin" şorbasını təqdim edirik.

Şorbanın yeri Türkiyə mətbəxində xüsusidir. Mövsümündən asılı olaraq şorbalar da müxtəlif və biri digərindən dadlı olur. Zəngin, kasıb, şəhərli və kəndli fərqləri olmadan şorbanı cəmiyyətin hər zümrəsinin nümayəndəsi sevə-sevə yeyir-içir.
Müxtəlif mədəniyyətlərdə əsasən günorta və ya axşam yeyilən şorba üçün Türkiyə mətbəxində xüsusi bir zaman anlayışı yoxdur. Səhər qəhvəaltısında şorba içərək günə başlamaq türklərin çöl bölgələri və ya kənd yerlərində bir yemək vərdişidir.

“Türkiyə mətbəxi” silsiləsindən bu gün biz sizə Anadolu ətri verən ”Ezo gəlin" şorbasını təqdim edirik.

Rəvayətə görə, bu yemək öz adını bir zamanlar Türkiyənin cənub-şərqindəki Qaziantep rayonunda yaşamış Ezo gəlin adlı qadından alıb. Beləliklə, gözəl rəngi, ətri və dadı ilə süfrələr bəzəyi olan, cana faydalı “Ezo gəlin" şorbasının tərifinə keçək.

“Ezo gəlin” şorbasını bişirmək üçün nələr lazımdır, əvvəlcə onları sadalayırıq:

Bir stəkan yarım qırmızı mərci,
3 yemək qaşığı düyü,
2 yemək qaşığı yarma (bulqur),
1 ədəd ağ soğan,
1 çay qaşığı pomidor tomatı (salça),
1 yemək qaşığı kərə yağı,
6 stəkan su,
1 çay qaşığı nanə,
1 çay qaşığı duz,
1-2 ədəd limonun suyu,
1 çay qaşığı istiot.
Sıra gəldi "Ezo gəlin" şorbasını bişirməyə.

Əvvəlcə mərcini bol suda yaxşıca yuyun.
Bu arada suyu geniş bir qazanda qaynadın. Yuyub suyunu süzdüyünüz qırmızı mərcini qazana tökün. Üzərinə 3 yemək qaşığı düyü, 2 yemək qaşığı yarma və 1 çay qaşığı duz əlavə edin. Təxminən 35 dəqiqə bişirin.
Qırmızı mərcilər yumşalana qədər qaynayınca ayrı bir tavada 1 yemək qaşığı kərə yağını əridin. Doğranmış ağ soğanı tavaya tökün və qovurmağa başlayın. Bir az pörtən kimi soğanların üzərinə 1 çay qaşığı doğranmış pomidor və ya tomatı, sonra isə 1 çay qaşığı nanəni əlavə edin. Hamısını birlikdə 2 dəqiqə qovurun, sonra qarışığı götürüb mərcini qaynatdığınız qazana tökün. Bundan sonra şorba daha 10 dəqiqə bişsin. Qazın üzərindən götürəndən sonra üstünə limon suyu və qırmızı bibər əlavə edərək isti-isti süfrəyə gətirin və yeyin. Nuş olsun!




 
Bölməyə aid digər xəbərlər
30.06.2020
Çaxoxbili -VİDEO
27.06.2020
Ev şəraitində Xan kababı-VIDEO
22.06.2020
Fərqli badımcan çığırtması-VIDEO
15.06.2020
Toyuqlu Bakı langeti -VİDEO
14.06.2020
Südlü badam şorbası

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
2 Karatin tədbirləri sərtləşdirilməli, cərimələrin məbləği artırılmalıdır
3 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
4 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
5 “Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info