Paşinyanın iş yeri yalanları ifşa olunur
Tarix: 13.12.2019 | Saat: 16:33:00 | E-mail | Çapa göndər



"Qolos Armenii":
“İşsizlər ordusunun günü-gündən şişməkdə davam etdiyi halda, naməlum mənbələrdən gələn fantastik statistika ilə xalqı aldatmağa nə ehtiyac var?”

"2018-ci ilin may ayı ilə müqayisədə, 2019-cu ilin noyabrın sonlarına kimi, Ermənistanda 81 534 yeni iş yeri açılıb. Halbuki bu rəqəm bu ilin oktyabrında 74969 idi, yəni demək istəyirəm ki, təkcə bir ay ərzində ölkədə əlavə 6565 yeni iş yeri yaradılıb".
"Bu barədə erməni Baş nazir Nikol Paşinyan şəxsi "Facebook" səhifəsində məlumat verib. "Xalqın naziri"nin dediklərindən belə məlum olur ki, ölkədə yaradılan iş yerləri də elə-belə iş yerləri deyil. Paşinyan bununla bağlı nümunələr də göstərir, məsələn açılan yeni iş yerlərindəki işçilərin 30,4 faizi ay ərzində 150 min, 68,9 faizi 2 milyon, 0,5 faizi isə 2 milyondan artıq maaş alacaqlar. Maraqlıdır ki, Paşinyanın dediklərinə "tərəddüd" sərgiləmək istəməyən ermənilərin "Qolos Armenii" saytı istehza ilə "yüksək əməkhaqqısı olan iş yerlərinin ölkə iqtisadiyyatının dərin və müsbət çevrilişindən xəbər verdiyini" bildirir: “Əvvəlki hakimiyyət dövründəki iş yerlərinin əksəriyyətini mövsümi iş yerləri kimi təqdim edən Paşinyan 2018-ci ilin may ayından bəri bunun artıq ümumi dinamikaya təsir göstərmədiyini bildirir. Yəni, baş nazirin dediyindən belə çıxır ki, yay aylarında İrəvan küçələrində dondurma satan erməni qız qarın yağmasına baxmayaraq yenə dondurmasını satmaqdadır. Belə olan halda Paşinyana sual olunur: bəs onda, təkcə elə bu ilin avqust-sentyabr ayları arasında azalan 3 minə yaxın iş yerinin səbəbini nədə axtaraq?”.
Sayt Nikolun dediklərinə rəğmən, nikbinliyə əsas verməyən bəzi sualların meydana çıxdığını bildirir. Sayt bununla bağlı yazır: “…Maraqlıdır, hələ ötən ildən bəri ölkədəki yeni və ya kölgədə qalan iş yerləri barədə ictimaiyyəti məlumatlandıran baş nazir və onun səlahiyyətliləri arxada qalan bu müddət ərzində nə qədər yeni iş yerinin açıldığını və ya neçə nəfərin kölgədən çıxarıldığını bilirlərmi? Əslində, məlumatları olsa da, onlar bunu məxfi saxlayırlar. Nümunə üçün bildirək ki, Nikol iş yerləri ilə bağlı danışarkən belə, bu suala aydınlıq gətirməyib. Belə məlum olur ki, onun, "zərgər dəqiqliyi" ilə neçə nəfərin 150 min, neçə nəfərin isə 2 milyon dramdan artıq maaş alacaqları barədə dedikləri də yalandan başqa bir şey deyil".
Paşinyanın ölkədə açılan "yeni iş yerləri"ni xalqın gözünə soxmağa çalışmasını təsadüf saymayan sayt baş nazirin bununla xalqa "inqilabın uğurunu" göstərməyə çalışdığını bildirir. Ölkədə iş axtaranlar ordusu günü-gündən şişməkdə davam etdiyi halda, naməlum mənbələrdən gələn fantastik statistika ilə xalqı aldatmağa nə ehtiyac var?
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.01.2020
Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
10.01.2020
Türk dünyasının məşhur Azərbaycan şairi Türkiyə dərgisində
07.01.2020
“Ermənistan Azərbaycandan xeyli geri qalır”
27.12.2019
Erməni nazir Paşinyanın yalanını ifşa edib
25.12.2019
Qrant Baqratyan: “Gələn il Ermənistan “iqtisadi qəbristanlığa” çevriləcək”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
2 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
3 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
4 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
5 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info