“Scale Up“ akselerator proqramının açılış mərasimi olub
Tarix: 13.12.2019 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Bu gün “JW Marriott Absheron” otelində qadın sahibkarlar üçün xüsusi olaraq hazırlanmış "Scale Up" akselerator proqramının açılış mərasimi keçirildi.
Qadın sahibkarlar üçün nəzərdə tutulmuş "Scale Up" akselerator proqramı "Azərbaycan işgüzar qadınları" təşkilatının təşəbbüsü və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Azərbaycandakı səfirliyi, “PAŞA Bank” və "PwC Azerbaijan" şirkətlərinin birgə dəstəyi ilə ərsəyə gəlib. Proqramın əsas missiyası qadınların iqtisadiyyatdakı rolunu və təsirini gücləndirmək, onların bizneslərinin inkişafını sürətləndirilməsi və böyüməsi üçün lazımi dəstəyi göstərmək və uyğun şərait yaratmaqdır. Səkkiz həftə davam edəcək "Scale Up" akselerator proqramı çərçivəsində iştirakçılar rəqəmsal transformasiya, kommunikasiya, investisiya qaydaları və özünüinkişaf kimi mövzularda bilik və bacarıqlar əldə edəcəklər.
Layihənin təqdimat mərasimində çıxış edən "Azərbaycan işgüzar qadınları" təşkilatının təsisçisi Tatyana Mikayılovanın sözlərinə görə, qadınların iqtisadi cəhətdən gücləndirilməsi lokomotiv rolunu oynayaraq təhlükəsiz dünyada inkişaf etmək və yaşamaq üçün imkanlar yaradır: "Bu istiqamətdə birgə çiyin-çiyinə işləyərək qadın sahibkarlığının inkişafına dəstək vermək çox vacibdir. "Scale Up" akselerator proqramı Azərbaycan qadınının cəmiyyətdə mövqeyinin gücləndirilməsinə, iqtisadiyyatın inkişafında qadınların rolunun artırılmasına öz müsbət təsirini göstərəcək", deyə T.Mikayılova vurğuladı.
Proqramın təqdimat mərasiminə qatılan Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini, “PAŞA Bank”ın İdarə heyətinin üzvü Xəyalə Nağıyeva və "PwC Azerbaijan" şirkətinin ölkə üzrə idarəedici tərəfdaşı Mövlan Paşayev dəyərli fikir və tövsiyələrini iştirakçılarla bölüşdülər.
Proqrama müraciət üçün onlayn qeydiyyat www.abw.az saytı üzərindən 28 dekabr 2019-cu il tarixinədək davam edəcək. Seçilmiş namizədlər 8 həftə davam edəcək proqramda iştirak etmək hüququnu qazanacaqlar.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info