Azərbaycan yanvarda BƏƏ-yə fındıq ixrac edəcək
Tarix: 13.12.2019 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil olunmuş ixrac missiyası başa çatıb.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, missiyada qida sənayesi, turizm və tikinti materialları istehsalı sahəsində fəaliyyət göstərən 24 Azərbaycan şirkəti iştirak edib. Azərbaycan sahibkarları xarici tərəfdaşları ilə müzakirələr aparıb və məhsul ixracına dair razılıq əldə ediblər. Belə ki, Azərbaycanın “Azhazelnut” və BƏƏ-nin distribüter şirkətləri 200 min ABŞ dolları dəyərində fındıq məhsulunun yanvar ayında ixracına dair ilkin razılığa gəliblər.
“AzərsunHoldinq” və “Gilan FMCG” şirkətləri BƏƏ-dən olan şirkətlər, həmçinin iri market şəbəkələri ilə məhsul ixracı, “İdea” şirkəti isə BƏƏ-nin Abu-Dabi şəhərində fəaliyyət göstərən şirkətlə məhsulların sərgi salonunun (showroom) açılması barədə ilkin razılıq əldə ediblər.
İxrac missiyası çərçivəsində “Ecodry”, “AHEC”, “Az-granata”, “Brightman BMC”, “BakuKonserv”, “Salam Travel”, “Novus E.R.A.” və digər Azərbaycan sahibkarları BƏƏ şirkətləri ilə keçirilmiş işgüzar görüşlərdə məhsul və xidmətlərin ixracına dair müzakirələr aparıblar.




 
Bölməyə aid digər xəbərlər
20.01.2020
İranda bir sıra məhsullara vergilər artırıldı
19.01.2020
Azərbaycanda dəniz yük daşımalarının həcmi artıb
18.01.2020
Azərbaycanda dəmiryolu yükdaşımalarının həcmi artıb
18.01.2020
Boeing 737 Max təyyarələrin daha bir zəifliyini aşkar etdi
18.01.2020
Keçən il 18,1 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info