Azərbaycanlı gənc Cənubi Koreyada prezident seçilib
Tarix: 16.12.2019 | Saat: 12:38:00 | E-mail | Çapa göndər


Tarixdə ilk azərbaycanlı Cənubi Koreyada yüksək dövlət məmuru vəzifəsinə layiq görülüb. Belə ki, Cənubi Koreyada yaşayan azərbaycanlı gənc Nihat Xəlilzadə Seul İcra Hakimiyyətində Xarici Vətəndaşların Konsulluğunda prezident vəzifəsinə seçilib.
Nihat Xəlilzadə “KANAL5” bildirib ki, Seul Şəhər İcra Hakimiyyəti Xaricilərin Konsulluğunda 2 milyon 500 min xarici vətəndaşların arasından 26 ölkə əsilli 43 nəfər təmsilçi seçilib. Dekabr ayının 14-də 43 nəfər təmsilçi arasında keçirilən səsvermənin nəticələrinə görə isə Nihat Xəlilzadə Seul İcra Hakimiyyəti Xaricilərin Konsulluğunun Prezidenti vəzifəsinə layiq görülüb. 2020-ci ilin yanvar ayında Nihat Xəlilzadə andiçmə mərasimindən sonra yeni vəzifəsinə başlayacaq.
Nihat Xəlilzadə deyib ki, Konsulluğun işi hökumətin xarici vətəndaşlarla bağlı çıxardığı qanunlarda problemləri aşkarlamaq və həmçinin xaricilərin Koreyadakı həyatında narahatçılığa səbəb olan qanunların hansı formaya salınması və ya ləğv olunması haqqında təklifləri irəli sürməkdir.
Nəzərə çatdıraq ki, Nihat Xəlilzadə bu ilin aprel ayında Seul İcra Hakimiyyətində Xarici Vətəndaşların Konsulluğunda vitse-prezident kimi fəaliyyətə başlamışdı.
Nihat Xəlilzadə, həmçinin Qanqnam Bələdiyyəsində Yoksam Qlobal Mərkəzinin direktoru vəzifəsində çalışır. O, deyib ki, Mərkəzdə xaricilərin yeni qanunlarla məlumatlandırılması, viza, vergi və s. barəsində konsultasiyası, xaricilərə pulsuz Koreya dili kursları, mədəniyyət proqramları və koreyalılara xarici mədəniyyətlərin təqdimatı və məlumatlandırılması, beynəlxalq seminar və festivalların təşkili üçün bütün servislər mövcuddur.
Xatırladaq ki, Xəlilzadə Nihat Lazım oğlu 1992-ci ildə Masallıda anadan olub. 10 ilə yaxındır ki, Cənubi Koreyada yaşayır. O, Soongsil Universitetinin magistrdır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi
02.06.2020
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılır
02.06.2020
AMEA işçiləri üçün “günaşırı” iş sisteminin tətbiqinə başlanılıb
01.06.2020
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi təşkil olunacaq
01.06.2020
Maska taxmayanlara agentlikdən “sürpriz“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info