AHİK-in sədri Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib
Tarix: 16.12.2019 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Belçikanın paytaxtı Brüsseldə Pan Avropa Regional Şurasının (PARŞ) 4-cü Baş Assambleyası keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından bildiriblər ki, tədbirdə PARŞ-ın 2016-2019-cu illərdəki fəaliyyəti haqqında hesabat və 2020-2023-cü illər üçün siyasi sənəd müzakirə edilib. Pan Avropa Regional Şurasının prezidenti İ.Petriaşvili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasıının baş katibi Ş.Barrou və PARŞ-ın baş katibi L.Visentini forumda giriş nitqi söyləyiblər. Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev 3-cü Baş Assambleyadan ötən müddət ərzində Avropa həmkarlar ittifaqlarının əsas məqsədlərinə nail olunması, yəni, əməkçilərin mənafeyi uğrunda mübarizənin zəngin ənənələrindən daha geniş istifadə olunması, həmkarlar ittifaqlarının həmrəyliyinin daha yüksək səviyyəyə çatdırılması istiqamətində əhəmiyyətli addımların atıldığını bildirib. Azərbaycandan keçən “İpək yolu”nun əhəmiyyətinə toxunan S.Möhbalıyev qeyd edib ki, bu yol region ölkələrinin inkişafına böyük təsir göstərəcək, PARŞ-ın bir çox ölkələri ilə əlaqələr və dəhlizlər yaratmağa imkan verəcək. Azərbaycanda “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın uğurla həyata keçirilməsinin ölkəmizin sosial-iqtisadi inkişafında müsbət dəyişikliklərə gətirib çıxardığını deyən AHİK-in sədri bildirib ki, aparılan genişmiqyaslı islahatlar, layiqli əmək strategiyasının reallaşdırılmasına yönəlmiş tədbirlər zəhmətkeşlərin rifah halının yüksəldilməsini şərtləndirib. Həmçinin Baş Assambleyada Pan Avropa Regional Şurasının yeni rəhbərliyi və tərkibi seçilib. İ.Petriaşvili yenidən Pan Avropa Regional Şurasının prezidenti, AHİK-in sədri Səttar Möhbalıyev isə yeni müddətə qurumun vitse-prezidenti seçiliblər. Yenidən quruma vitse-prezident seçilməsinə görə minnətdarlığını çatdıran AHİK-in sədri bunu Azərbaycan həmkarlar ittifaqlarının əməyinə verilən yüksək qiymət və etimad kimi dəyərləndirib.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Bu yerlərdə maskadan istifadə edilməlidir
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi
02.06.2020
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılır
02.06.2020
AMEA işçiləri üçün “günaşırı” iş sisteminin tətbiqinə başlanılıb
01.06.2020
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info