Tarix İnstitutunun elmi dəstəyi ilə Ankarada Xocalı soyqırımı kompleksi yaradılır
Tarix: 17.12.2019 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri, türkiyəli iş adamı Əhməd Baba ilə görüş olub. AMEA-nın Tarix İnstitutundan verilən məlumata görə, tədbiri institutun direktoru, akademik Yaqub Mahmudov açaraq iştirakçıları salamlayıb. O, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq, Azərbaycan-Türkiyə qardaşlığından danışıb: “Dostluq və qardaşlıq Azərbaycan-Türkiyə münasibətlərinin təməl prinsiplərini təşkil edir. Türkçülüyün vətəni Azərbaycandır. Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb”. Daha sonra türkiyəli qonaq çıxışında deyib ki, Türkiyə və Azərbaycan ən ağır dönəmlərində bir-birlərinə dəstək olublar. Bu gün Türkiyə-Azərbaycan münasibətləri dünya üçün bir nümunədir. Görüş çərçivəsində Ankara şəhərində tikintisi başlanan Xocalı soyqırımı parkı və abidə kompleksi layihəsi barədə məlumat verilib. Bu kompleks Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi ilə Ankaradakı Yıldırım Bəyazid Universiteti arasında imzalanan anlaşmaya əsasən universitet ərazisində fəaliyyət göstərəcək. Layihə Tarix İnstitutunun elmi dəstəyi ilə yaradılır. Bildirilib ki, Ankaradakı Yıldırım Bəyazid Universitetində dünya ölkələrindən, o cümlədən türk respublikalarından olan tələbələr təhsil alır. Əhməd Baba deyib ki, bu layihə Xocalı soyqırımının dəhşətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq. 1,5 hektar ərazidə Xocalı şəhidlərinin sayına uyğun olaraq 613 ağac əkiləcək. Orada ilk ağaclar 2018-ci ilin fevralında Xocalı soyqırımının ildönümündə əkilib. Parkda sonsuzluq işarəsi formasında yaradılacaq abidə Azərbaycan-Türkiyə qardaşlığını, Türkiyənin bütün məsələlərdə olduğu kimi, Xocalı soyqırımı məsələsində də sonadək Azərbaycanla həmrəy olduğunu simvolizə edir. Kompleksin tikintisinin 2021-ci ildə başa çatdırılması planlaşdırılır. Esenboğa Hava Limanının yaxınlığında yaradılan kompleks enmə və qalxma zamanı təyyarələrdən aydın görünəcək. Kompleksdə Xocalı şəhidlərinin adlarının əks olunduğu qranit ulduzlar olacaq, həmçinin 16 türk imperiyalarının bayraqları da dalğalanacaq. Sonda Yaqub Mahmudov Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinə Tarix İnstitutunun nəşrlərini təqdim edib.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info