Kinodramaturqun aldada bildiyi “siyasətçilər” diplomatlarla necə bacaracaq?
Tarix: 16.09.2013 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


|

Eynşteyn: ”Siyasət daha çətindir, nəinki fizika”

Rüstəm İbrahimbəyovun son açıqlamasında “Mən artıq siyasətlə məşğul olmuram və olmayacağam” deməsindən sonra düşündüm ki, nisbətən rasional düşüncəli müxalifət nümayəndələrindən bir neçəsi də oxşar addım atsa, yaxşı olar. Amma bu hadisə baş vermədi, əksinə müxalif “siyasətçilər” biabırçılıqdan yaxa qurtarmaq üçün “milli şura”nın sədrini dəyişək” kimi təkliflər irəli sürürlər. Elə başa düşürlər ki, oyuncaq “şura”nın başçısı dəyişən kimi, hakimiyyət zirvəsinə qalxmaq üçün gedən yollar və qapılar öz-özünə bunların üzünə açılacaq. Eynilə dünən buraxdıqları səhvlərini təkrar edirlər. Onlarda belə bir təsəvvür yaranmışdı ki, Rüstəm İbrahimbəyovu özlərinə başçı seçsələr, kimlərsə böyük təmtəraqla hakimiyyət xonçasını müxalifətə təqdim edəcək. Bu tipli hadisələr ona görə baş verir ki, adlarını belə çəkmək istəmədiyim “lider”lər nəinki siyasətçi deyillər, heç siyasi elmdən-politologiyadan anlayışları yoxdur. Sual edirəm, əgər siyasətdən başları çıxırdısa, niyə ömrü boyu siyasətlə məşğul olmayan bir kinodramaturq çox asanlıqla bunları nəinki aldada bildi, hətta barmağına doladı desək, yanılmarıq. Bir kinodramaturqa uduzanlar, Allah eləməsin, nə vaxtsa hakimiyyətə gəlsələr təcrübəli xarici diplomatların qarşısında necə duruş gətirəcəklər? Bu savadla Amerikanın, Avropanın, Rusiyanın, hətta İranın diplomatları ilə necə bacaracaqlar? Siyasi və diplomatik savadsızlıqları ucbatından dövlətin milli maraqlarını bir göz qırpımında təhlükəyə atarlar. Necə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bunların əməllərinin nəticəsində Azərbaycanın bir dövlət kimi mövcudluğu sual altında idi. Yadıma bunların o zamankı başçılarının bir məsələyə münasibəti düşdü. Televiziyanın əməkdaşı buna sual verdi ki, hakimiyyətə gəlsəniz Dağlıq Qarabağ problemini necə həll edəcəksiniz? O əllərinin hərəkəti ilə göstərərək, belə cavab verdi:” Çətin nə var ki? Buradan kəsəcəyik, buradan kəsəcəyik (Dağlıq Qarabağdan Ermənistana gedən yolları nəzərdə tuturdu) vəssalam. Problem həll olunacaq”
İndi də bunların siyasi dünyagörüşlərində heç nə dəyişməyib. Siyasətə, dövlət idarəçiliyinə, beynəlxalq münasibətlərə uşaq oyuncağı kimi yanaşırlar. Bu adamların o vaxtkı hakimiyyətlərinə ən əsas iradlardan biri bu oldu ki, dövlət idarəetmə sahəsində təcrübələri yoxdu və ona görə də məğlubiyyət qaçılmaz idi. Yenə eyni səhv təkrar olunur. Nə əvvəlki namizədləri Rüstəm İbrahimbəyovun, nə də indiki namizədləri Cəmil Həsənlinin bircə gün olsun belə, dövlət idarəçiliyi təcrübəsi yoxdur. Bu haqda deyəndə də, cavab verirlər ki, “işləyə-işləyə öyrənəcək”. Niyə bu xalq, bu dövlət sizin üçün eksperiment meydanıdır? Axı, dünənki lideriniz Rüstəm İbrahimbəyov özü son müsahibəsində deyir ki, “müxalifət qanunları bilmir”. Adicə qanunları bilməyə-bilməyə nə üzlə hakimiyyətə can atırsınız?
Dahi Eynşteynin bir fikrini sizlərə xatırlatmaq istəyirəm:”Siyasət daha çətindir, nəinki fizika”. Nə qədər ki, siyasəti, siyasi elmi öyrənməmisiniz, Rüstəm İbrahimbəyovun “qaçışı” kimi hadisələr başınıza çox gələcək.










 
Müəllifin son yazıları

29.02.2016 Vəhdətin gücü
10.12.2014 Dünya ədalət istəyir
21.02.2014 Ermənilər öz dövlətlərini “Rosarmeniya” adlandırırlar

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info