Müxalifətin “mühacir alveri” qalmaqalı böyüyür
Tarix: 17.12.2019 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Mühacir müsavatçıdan Müsavat rəhbərliyinə ittiham: “Mühacir alverlәrini öldürmüşәm. Bazarı diriltmәk üçün min oyundan çıxırlar”

Müxalifət daxilində cərəyan edən prosesləri analiz etdikdə aşkar görmək olur ki, bu düşərgə son illərin ən ağır dövrünü yaşayır. İş o yerə çatıb ki, müxalifət daxilində növbədənkənar parlament seçkilərinə qatılmaqla bağlı yaranmış ikitirəlik, fikir ayrılığı ən ağır formada bir-birini təhqir və ittihamlar formasına qalxıb. Müxalifətin “mühacir alveri” qalmaqalı ilə ili sona vurmağa hazırlaşması bu düşərgədə işlərin yaxın gələcəkdə də qaydasında olmayacağını göstərir. Hətta iş o yerə çatıb ki, Müsavat partiyasında bu “mühacir alveri” məsələsini gündəmdə saxlayan müsavatçı jurnalisti - Yafəs Əkrəmoğlunu məhkəmə ilə də hədələyirlər. Artıq Müsavat funksioneri Gülağa Aslanlı Yafəs Əkrəmoğlu haqqında hüquq-mühafizə orqanlarına müraciət etdiyin də bəyan edib. Hazırda bu məsələlər ətrafında olan söz-söhbətlər özünün pik həddinə çatıb. Belə ki, Almaniya polisinin ötən ay Avropada Müsavat Partiyası üzvlərini həbs etməsindən sonra sözügedən təşkilatda ciddi təlatümlər yaşanır. Bunun bariz nümunəsi Yafəs Əkrəmoğlunun partiyanı dalana dirəməsidir. O "Facebook”dakı şəxsi profilində davamlı şəkildə statuslar yazaraq, Müsavat Partiyası rəhbərliyinin ünvanına kəskin ittihamlar irəli sürür, "mühacir biznesi” ilə əlaqədar bəzi faktları ictimailəşdirir, bunun ətrafında müzakirələr aparır.
Y.Əkrəmoğlu yazdığı son statuslarından birində bildirib ki, Müsavat AKM-in bütün üzvlәrinin Almaniyada istintaqa çağırılmasına başlanıb. O, bunu gözlәnilәn hadisə kimi qələmə verib. Qeyd edib ki, miqrasiya idarәlәri vә mәhkәmәdә olan Müsavat vә Müsavat AKM üzvlәrinin işlәrinә baxış da sürәtlәndirilib: "Hamısına ucdantutma dәrhal neqativ cavab vermәk, ardınca deport etmәk üçün. Bәzәn olub ki, mәhkәmәdә işinә baxılan şәxsi arayışları kimdәn, neçәyә almasını boynuna alması üçün tәhdid edirlәr (tәhdid yolverilmәzdir). Proses Avropanın bütün ölkәlәrinә yayılacaq. Müsavat AKM tәhlükәli cinayәtlәrin vә cinayәtkarların yuvası hesab olunur, buna görә dә bütün üzvlәri bu işlәrdә şübhәli sayılır. Müsavat vә AKM üzvlәrinin "qara siyahı"sı tәrtib olunur, aidiyyəti olan bütün idarәlәrә göndәrilir. Üzlәrinә deyilmәsә dә, bütün idarәlәrdә onlarla buna görә davranacaqlar”.
Mühacir jurnalist tezliklә deport olunma tәhlükәsi altında olan Müsavat vә AKM üzvlәri üçün çıxış yolunu da göstərib: "Әgәr, kimsә aldadıldığını, insan alveri qurbanı olduğunu istintaqa etiraf edәrsә, avtomatik cinayәt işindә zәrәrçәkәn kimi qeydә alınacaq. Cinayәt işi başa çatana kimi (bu әn az 2-3 il sürәcәk) bu adamı deport etmәyәcәklәr. Çünki, mәhkәmәdә zәrәrçәkәn kimi ifadә vermәlidirlər. İş bitdikdәn sonra isә hәmin şәxsin humanitar oturum alması şansı yüksәlir. Zәrәrçәkәn kimdi? İnsan alveri qurbanları. Pul qarşılığında aldadılaraq Avropaya gәtirilәn, viza, arayış vә başqa sәnәdlәrlә tәmin olunan şәxslәr. Nә etmәk lazımdır? Sizi çağırmadan özünüz polisә müraciәt edin. Avropada yaxşı hәyat vәd edәrәk, sizi aldadaraq ev-eşiyinizi satdırıb, yaxud әlinizdәki bütün pulları mәnimsәyib bura gәtirәn şәxslәrin adını deyin. AKM, Müsavat arayışların kimdәn, neçәyә aldığınızı etiraf edin. Bunları etsәniz, avtomatik zәrәrçәkәn kimi qeydә alınacaqsız. Ola bilәr ki, Avropaya özünüz gәlmisiz vә burada AKM-dәn olan, yaxud başqa insan alverçilәrinin toruna düşmüsüz. Heç fәrq etmir. Zәrәrçәkәnsiz yenә dә. Qorxmayın! Unutmayın ki, aldadılaraq insan alverçilәrinin qurbanı olduğunuza görә heç bir mәsuliyyәt daşımırsınız. Arayış vә sәnәdlәri bilәrәkdәn rüşvәt verib alsanız belә. Çünki, siz aldadılaraq buna mәcbur edilmisiniz”.
Maraqlıdır ki, onun bu növbəti qalmaqallı statusunda Müsavat rəhbərliyinin mövqeyini müdafiə edən trol profillər peyda olaraq onun yalan danışdığını yazıb, mühacir müsavatçını aşağılayıblar. Buna cavab olaraq Y.Əkrəmoğlu bildirib ki, Arif Hacılının müavinləri Səxavət Soltanlı vә Fərəc Kәrimli saxta profillәri Məhəmməd Əmin Rәsulzadә şәkillәri ilə bəzəyir, bu şəkillər altında gizlənirlər: "Diqqәtli olun. Bu Malik Zeynal adlı profil dә onlardan biridir. Mühacir alverlәrini öldürmüşәm. Bazarı diriltmәk üçün min oyundan çıxırlar”.
Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları ötən ay Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Həbs edilənlər Almaniyada "miqrant alveri” ilə məşğul olmaqda, o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli biliniblər.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 VI Balkan Panorama Film Festivalı İzmirdə keçiriləcək
2 “Исраэль хайом“: “Пришло время продвигать глобальную безопасность в Нагорном Карабахе“
3 Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib
4 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
5 Бакинские армяне призывают Ереван прекратить оккупацию


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info