Rasim Mövsümzadə beynəlxalq müsabiqənin gümüş mükafatçısı olub
Tarix: 18.12.2019 | Saat: 00:32:00 | E-mail | Çapa göndər



Moskvada idman jurnalistləri arasında “Energiya pobed” adlı ənənəvi doqquzuncu müsabiqə-festivala yekun vurulub.
AZƏRTAC xəbər verir ki, tanınmış idman yazarı Rasim Mövsümzadə beynəlxalq müsabiqənin əcnəbi rusdilli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında “Ən yaxşı yazı” nominasiyasında ikinci yeri tutaraq gümüş medalla təltif olunub. Həmyerlimizin “Sportsman” jurnalında çıxan “Məlum və naməlum Qullit” yazısı beynəlxalq festivalda fərqlənib. Burada azərbaycanlı yazarın futbolla bağlı uşaqlıq xatirələri, ötən əsrin 80-ci illərinin sovet mətbuatı, həmçinin nüfuzlu “Qızıl top” mükafatı və məşhur niderlandlı futbolçu Ruud Qullit barədə maraqlı faktlar yer alıb.

“Qazprom” şirkətinin dəstəyi, Rusiya Olimpiya Komitəsi və Rusiya İdman Jurnalistləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa Rusiyanın regionlarından və xarici ölkələrdən 305 jurnalist qatılıb. Son bir il ərzində işıq üzü görmüş işlərin qəbul edildiyi müsabiqənin münsiflər heyətinin sədri məşhur idman şərhçisi Viktor Qusev olub.
Laureatların mükafatlandırılması mərasimi Moskvanın tarixi mərkəzində “Krasnıy Oktyabr” art-klasterində keçirilib. Qalib və mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim olunub.
“Energiya pobed” müsabiqə-festivalı ilk dəfə 2011-ci ildə təşkil edilib. İndiyədək müsabiqəyə Rusiya və digər ölkələrdən iki mindən çox jurnalist qatılıb.
Yazıları müxtəlif vaxtlarda Türkiyə, Almaniya, Fransa, İngiltərə, Rusiya və s. ölkələrdə nəşr olunan R.Mövsümzadə, həmçinin “Bir qolun tarixçəsi” kitabının müəllifidir. O, 2007-ci ilin fevralında Rusiyanın "Ves futbol" jurnalının futbol üzrə dünya çempionatlarının tarixinə həsr olunmuş çətin viktorinasının qalibi olub. R.Mövsümzadə 2013-cü ildə Türkiyədə “İlin ən yaxşı əcnəbi idman yazarı” nominasiyasında “Futbol Oskarı”, 2015-ci ildə isə “Sportsman” jurnalı tərəfindən “İlin idman jurnalisti” nominasiyasında “Zəfər” mükafatlarına layiq görülüb.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info