İstanbulda Behbud xan Cavanşirin xatirəsinə ucaldılan abidənin açılışı olub
Tarix: 18.12.2019 | Saat: 14:12:00 | E-mail | Çapa göndər


Dekabrın 18-də İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri işləmiş Behbud xan Cavanşirin xatirəsinə ucaldılan abidənin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı, İstanbul Valiliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə hazırlanan xatirə abidəsi şəhərin tarixi bölgələrindən olan Beyoğlu rayonunda, Behbud xan Cavanşirin erməni terrorçu tərəfindən qətlə yetirildiyi “Pera Palas” otelinin qarşısında yerləşdirilib.
Açılış mərasimində ölkəmizin İstanbuldakı baş konsullu Məsim Hacıyev, İstanbul Valiliyinin, Beyoğlu Bələdiyyəsinin və konsulluğun əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, Türkiyədə fəaliyyət göstərən Azərbaycanın dövlət təşkilatlarının, KİV-lərin və QHT-lərin nümayəndələri, bu şəhərdə yaşayan həmyerlilərimiz və tələbələr iştirak ediblər. 1921-ci il iyulun 18-də “Daşnaksütyun” erməni terror təşkilatının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirilən Azərbaycanın görkəmli dövlət xadimi Behbud xan Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi Azad xanın oğlu olub. 1918-ci ilin iyunun 17-də Fətəli xan Xoyskinin yaratdığı hökumətdə Daxili İşlər naziri vəzifəsini tutan Behbud xan Cavanşirin Azərbaycanda bu sistemin formalaşmasında xidmətləri danılmazdır. O, eyni zamanda, ölkənin Ticarət və Sənaye naziri kimi də fəaliyyət göstərib.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Bu yerlərdə maskadan istifadə edilməlidir
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi
02.06.2020
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılır
02.06.2020
AMEA işçiləri üçün “günaşırı” iş sisteminin tətbiqinə başlanılıb
01.06.2020
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info