“Opalus Partners Group“ şirkətinin növbəti “HR Meetup“ tədbiri keçirilib
Tarix: 18.12.2019 | Saat: 14:36:00 | E-mail | Çapa göndər


17 dekabr 2019-cu il tarixində "Opalus Partners Group" şirkətinin təşkilatçılığı ilə JW Marriott Absheron Baku otelində səhər yeməyi formatında növbəti "HR Meetup" tədbiri keçirilib. Görüşdə qabaqcıl şirkətlərin İnsan Resursları rəhbərləri HR sahəsi ilə bağlı təqdimatlarla çıxış edib və müzakirələr aparıblar. "Opalus Partners Group" şirkətinin rəhbəri Çimnaz Qasımova bildirib ki, sponsoru SOCAR AQŞ olan tədbirdə Azərbaycanda fəaliyyət göstərən 35 şirkətin nümayəndələri iştirak ediblər. Tədbir HR rəhbərlərin öz təcrübələrini bölüşməsi baxımından çox əhəmiyyətli olub.
Tədbirdə KapitalBank-dan Fərqanə Məmmədova, SOCAR AQŞ-dən Sevinc Hüseynova, RabitəBank-dan Rəna Həsənzadə və Ernst and Young şirkətindən Samirə Şabanova öz təcrübələri ilə bölüşüblər. İştirakçılar arasında böyük maraq doğuran bu görüşün sonunda KapitalBank, RabitəBank və “Opalus Partners Group”-u tərəfindən hazırlanmış hədiyyələrin lotereyası oynanılıb və qaliblərə təqdim edilib.
Xatırladaq ki, “Opalus Partners Group”un təşkilatçılığı ilə keçirilən "HR Meetup" görüşlərinin əsas məqsədi İnsan Resursları sahəsində olan mütəxəssisləri bir araya toplamaq, bu sahədə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmaq və ayrı-ayrı şirkətlərdə tətbiq edilən HR alətləri ilə tanış olmaqdır.

Tural




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Bu yerlərdə maskadan istifadə edilməlidir
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi
02.06.2020
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılır
02.06.2020
AMEA işçiləri üçün “günaşırı” iş sisteminin tətbiqinə başlanılıb
01.06.2020
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info