“Paşinyanın məsuliyyətsiz açıqlamaları ölkəni iflasa aparır”
Tarix: 18.12.2019 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Andranik Miqranyan: “Bu gün Ermənistanda xalq tərəddüdlər məngənəsində, qeyri-müəyyən vəziyyətdə yaşayır. Ermənistan əhalisi yoxsulluq içində, işsiz, nə edəcəyini və necə yaşamağı barədə bir ipucu axtarışındadır”

Ermənistanda “məxməri çevriliş”dən sonra ölkədəki durum və «inkişaf»la bağlı rusiyalı erməni politoloq Andranik Miqranyan «Qolos Armenii» saytına açıqlama verib.
Erməni politoluqun bəzi fikirləri maraq kəsb etdiyindən onu sizin də diqqətinizə çatdırırıq. İnqilabın ilk günlərində Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, Avrasiya İqtisadi Birliyindən geri çağıracağını bəyan edən Paşinyanın sonrakı “fəaliyyətinin” hələ də onun üçün müəmma olaraq qaldığını bildirən Miqranyan deyib: “Mən bunu hələ də özüm üçün aydınlaşdırmağa çalışıram. Dünən başqa məsələlərlə xalqı aldadan erməni baş nazir bu gün Rusiyanın, onun yaratdığı təşkilatların gözəl olduğunu iddia edir. Putini ən ağıllı dövlət başçısı, özünü onun ən yaxın dostu kimi təqdim edir. Paşinyanın dediyindən belə çıxır ki, ümumiyyətlə hər şey əladır. Etiraf etməliyəm ki, Rusiyanın hələ də gözləmə mövqeyi nümayiş etdirməsi aydındır. Əslində, hazırkı Ermənistan hökumətinin simasının nə olduğunu anlamaq, onun rəhbərinin həqiqi mövqeyini başa düşmək müəmma olaraq qalmaqdadır. O, hakimiyyətə gəlməzdən əvvəl nə deyirdi, indi nə deyir? Şəxsən mənim üçün bütün bunları araşdırmağa vaxt lazımdır. Təsadüfi deyil ki, bu gün Ermənistan Rusiya mediasında praktiki olaraq mövcud deyil, eləcə də hakimiyyət orqanlarının açıqlamaları yoxdur. Çünki Ermənistanla bağlı müzakirələr aparmaq çox ağrılı məsələlərin həlli deməkdir. Məsələ bundadır ki, Ermənistanda hakimiyyətə gələn insanların nəyə qadir olduğu hələ də məlum deyil. Bu gün Paşinyan hakimiyyətdədir və artıq anlamalıdır ki, dünənə qədər xalqa verdiyi vədlər, hansısa təsadüfi bir siyasətçinin və ya məsuliyyətsiz deputatın verdiyi vəd deyil. Bu, artıq ciddi məsələdir. Paşinyan anlamalıdır ki, onun hər hansı bir məsuliyyətsiz açıqlaması təkcə onu yox, ölkəni də iflasa apara bilər. Məhz bu mənada, dövlətin varlığı ilə oynamaq qəbuledilməzdir. Bu gün Ermənistanda xalq tərəddüdlər məngənəsində, qeyri-müəyyən vəziyyətdə yaşayır. Ermənistan əhalisi yoxsulluq içində, işsiz, nə edəcəyini və necə yaşamağı barədə bir ipucu axtarışındadır. Halbuki onlar vaxtilə Paşinyanı “xilaskar” gözü ilə baxırdılar». Dünyanın bir neçə ölkəsinin təcrübəsini əsas gətirən Miqranyan, ermənilərin ayağa qalxaraq, reallığa daha rasional yanaşma nümayiş etdirməyə başlayacaqlarını istisna etmir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.01.2020
Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
10.01.2020
Türk dünyasının məşhur Azərbaycan şairi Türkiyə dərgisində
07.01.2020
“Ermənistan Azərbaycandan xeyli geri qalır”
27.12.2019
Erməni nazir Paşinyanın yalanını ifşa edib
25.12.2019
Qrant Baqratyan: “Gələn il Ermənistan “iqtisadi qəbristanlığa” çevriləcək”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info