“Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər Evi təşəbbüsü”nün yeni istiqamətlərinin təqdimatı keçirilib
Tarix: 18.12.2019 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


Binəqədi Gənclər Evində «Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər Evi təşəbbüsü»nün Avropa Ittifaqının maliyyə dəstəyi ilə həyata keçirilən yeni istiqamətlərinin təqdimatı keçirilib. Əsas məqsədi Gənclər Evlərini gənclərə dost xidmətlər təklif edəcək məkana çevirmək olan Təşəbbüs UNICEF-in texniki dəstəyi ilə 2018-ci ildən həyata keçirilməyə başlayıb. Xidmətlər sağlamlıq, təhsil, gənclərin müdafiəsi, iş hazırlığı və iştirak etmə kimi beş sahəni əhatə edir. Bu günə qədər hökumətlə birgə hazırlanmış xidmətlər paketinə Əsas Həyat Bacarıqları, Psixoloji-Sosial, Hüquqi Məsləhət və Sağlam Həyat Tərzi daxildir. Avropa İttifaqı ilə yeni tərəfdaşlıq bu gün təqdimatı keçiriləcək yeni istiqamətlərin əhatə olunmasına daha da dəstək verəcək. Qeyri-Hökumət Təşkilatları tərəfindən Bakının Binəqədi və Xəzər rayonları, Mingəçevir, Qazax, Şəmkir və Biləsuvar rayonlarında yerləşən Gənclər Evləri, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin əməkdaşları vasitəsi ilə təqdim olunacaq yeni xidmətlərin məqsədi gənclər tərəfindən sosial layihələrin hazırlanması və idarə olunması, onların iş hazırlığının yüksəldilməsi və Gənclər Evləri, İnkişaf və Karyera Mərkəzlərinin, eləcə də PR/Marketinq fəaliyyətlərinin gücləndirilməsidir.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Indira Hacıyeva Azərbaycan Respublikasının Gənclər siyasəti və Gənclər Evlərinin bu siyasətin həyata keçirilməsində tutduğu rol haqda ətraflı məlumat verib. UNICEF-in Azərbaycan Nümayəndəliyi rəhbərinin müavini Min Yuan Hökumət və BMT-nin birgə Gənclər Evi Təşəbbüsünün QHT-lərin gənclərin mobilizasiyasında əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirib. Təqdimat zamanı layihə tərəfdaşları olan QHT nümayəndələri və benefisiarlar - Gənclər Evləri, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin rəhbərləri yeni xidmətlərin faydaları, eləcə də QHT-lərlə olan əməkdaşlığın bu sahəyə verəcəyi töhfələrə dair panel müzakirəsi aparıblar.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Bu yerlərdə maskadan istifadə edilməlidir
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi
02.06.2020
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılır
02.06.2020
AMEA işçiləri üçün “günaşırı” iş sisteminin tətbiqinə başlanılıb
01.06.2020
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info