BMU-da Məhəmməd Hadinin 140 illiyinə həsr edilmiş poeziya söhbətləri
Tarix: 18.12.2019 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Bakı Mühəndislik Universitetində (BMU) “Məhəmməd Hadinin 140 illiyinə həsr edilmiş poeziya söhbətləri” adlı seminar-müzakirə keçirilib. Tədbir BMU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrası ilə Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurası tərəfindən təşkil olunub.
Pedaqoji fakültənin dekanı, dosent Elşad Abdullayev XX əsr Azərbaycan poeziyasında romantizmin ədəbi cərəyan kimi təşəkkülü və inkişafında mühüm xidmətlər göstərmiş M.Hadiyə həsr olunan tədbirin əhəmiyyətindən danışıb.
Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Emin Ağayev çıxışında bu qəbildən olan tədbirlərin önəminə toxunaraq, təşəbbüsün həm də gənc şairlər tərəfindən irəli sürülməsini təqdir edib.
Kafedranın baş müəllimi Ülvi Babayev, həmçinin professor Akif Hüseynli çıxışlarında gənclərin M.Hadi yaradıcılığına xüsusi maraq göstərdiklərini vurğulayıblar. Eyni zamanda, natiqlər M.Hadinin həyat yolundan, yaradıcılığının əsas istiqamətlərindən bəhs ediblər.
Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, gənc şair Fərid Hüseyn M.Hadinin 140 illiyinin qeyd olunması ilə bağlı Prezident sərəncamının əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu şairin yaradıcılığının yenidən dərk olunmasına, onunla bağlı yeni əsərlərin yazılacağına şərait yaradacaq.
Tədbirdə iştirak edən gənc şairlər Günel Şamilqızı, Zaur Rəxşan, Fuad Cəfərov və Rəvan Cavid çıxışlarında M.Hadinin Şərq və Avropa ədəbiyyatını, fəlsəfəsini dərindən mənimsəyərək şeirlərində yaradıcı şəkildə əks etdirdiyini önə çəkiblər.
Seminarda çıxışlar zamanı M.Hadi şeirlərinin müasir tərcümələri ilə bağlı fikirlər səsləndirilib, maarifçilik ideyaları ilə zəngin əsərlərində elmin və mədəniyyətin təbliğinin başlıca yer tutduğu vurğulanıb.
Tədbir müzakirələrlə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 dekabr 2019-cu il tarixində “Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info