“Kadr islahatları təhsil sahəsində çalışanların da məsuliyyətini artırır”
Tarix: 19.12.2019 | Saat: 14:35:00 | E-mail | Çapa göndər


Şəbnəm Fərzəliyeva: “Əsas məqsədimiz şagirdlərin, o cümlədən gənclərin təhsil şüurunu inkişaf etdirməkdir”

Hazırda ölkədə aparılan kadr islahatları zamanı gənclərə xüsusi yer verilir. Dövlət idarəetmə sistemində son dövrlər həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsi bu islahatların özü qədər diqqətçəkici məqamdır. Bu, dövlət rəhbərliyinin ölkədə müxtəlif sferaların inkişafında gənclərə böyük etimad göstərməsinin təzahürüdür. Məhz buna görə də yetişən gənclik yüksək təhsilə yiyələnməlidir. Bu mövzuda “Kamal kursları”nın direktor müavini Şəbnəm Fərzəliyeva “Palitra”ya müsahibə verib.

- “Kamal kursları” nə vaxtdan fəaliyyət göstərir?

-“Kamal kursları” 2017-ci ildən fəaliyyət göstərir. Yeni fəaliyyətə başlamağımıza baxmayaraq, böyük uğurlar əldə etmişik. Bizim bu uğurlarımız hazırlaşdırdığımız abituriyentləimizin yüksək balla ali məktəblərə qəbul olunmasıdır. Biz onların hərtərfli hazırlaşmasına çalışmışıq. Ümumiyyətlə, “Kamal kursları”, elə adımız kimi insanın kamala çatmasını, kamilləşməsini əsas götürür. Yəni insanın mənəvi olaraq zənginləşməsi bizim əsas məqsədimizdir. Tələbələrimizi təkcə test imtahanlarına hazırlaşdırmaqla kifayətlənmirik, onları həmçinin cəmiyyətə hazır kadr kimi yetişdiririk. Bu gün dövlətin gənc kadrlara önəm verməsi bunu zəruri edir. Prezident İlham Əliyevin apardığı kadr islahatları təhsil sahəsində çalışanların da məsuliyyətini artırır. Çünki yalnız yüksək təhsillə savadlı, cəmiyyətə yararlı kadr yetişdirmək olar. Biz də fəaliyyət göstərdiyimiz bu iki il ərzində hər zaman bu amili əsas xətt kimi götürmüşük.

- Sizin prinsipləriniz nədən ibarətdir?

-Bizə hələ fəaliyyətə başlamamışdan öncə bu sahə üzrə dünya təcrübəsini araşdırdıq. Təhil sahəsində ən qabaqcıl ölkələrin təcrübəsini öyrəndik. Ayrıca dövlətimizin təhsil siyasətini dərindən mənimsəyib işə başladıq. Dünya təcrübəsini və dövlətin təhsil siyasətini ümumiləşdirsək əsas bir prinsip ortaya qoymaq olar: insana öncə özünüifadə bacarığı aşılanmalıdır. Bizim də əsas prinsipimiz məhz budur. İnsan birinici özünü idarə etməyi bacarmalıdır. Düzgün təhsil sayəsində insan bu qabiliyyətini inkişaf etdirir. Yalnız bundan sonra insan ictimai fərd olaraq cəmiyyətdə özünə yer tuta bilər. Bütün bunlarla yanaşı, biz yüksək təlim və tədrislə vətənə layiq vətənpərvər ruhlu, savadlı, cəsur gənclər yetişdirməyə çalışırıq.

- Kuslarda iştrak edənlərə dövlətçilik və vətənpərvərlik ruhu nə dərəcədə aşılanır?

-Gənclərin dövlətə, Vətənə bağlı olması önəmli məsələdir. Azərbaycanın qədimdən bu yana dövlətçilik ənənəsi var. Müasir Azərbaycan dövləti məhz bu ənənələrə söykənərək inkişaf edib. Azərbaycan gəncliyi də dövlətinin inkişafında öz töhfəsini verməlidir. Bunun üçün də gənclərdə vətənpərvərlik ruhu yüksək olmalıdır. Bu baxımdan gənclərə ən yaxşı tərbiyə şəxsi nümunədir. Kurs rəhbərimiz Qarabağ qazisi övladıdır. Düşünürəm ki, gənclərin vətənpərvərlik ruhunun yüksəlməsində real faktlar nümayiş olunmalıdır. Sağ qəhrəmanlarımızla tez-tez görüşlər keçirilməlidir. Biz də perspektivdə belə görüşləri keçirməyi nəzərdə tutmuşuq.

- Gənc nəslin təhsil şüurunun inkişafını necə qiymətləndirirsiz?

-Bizim elə əsas məqsədimiz şagirdlərin, o cümlədən gənclərin təhsil şüurunu inkişaf etdirməkdir. Bu baxımdan ən müasir tədris metodlarını tədbiq edirik. Əsas çalışırıq gənclərdə təhsilə maraq yaradaq və hər kəsə individual yanaşaq. Yəni hər bir şagird hansı formada dərsi qavraya bilirsə, biz buna uyğun şəkildə onunla çalışırıq. Ayrıca kursda müəllim və şagirdlərin motivasiyası üçün seminarlar da keçiririk.

- Gənclərin təhsil səviyyəsinin artırılması üçün hansı işlər görülməlidir?

- Gənclərin təhsil səviyyəsinin artırılması hər zaman diqqətdə saxlanılmalıdır. Fikrimcə, tədrisdə praktiki işlərə üstünlük verilməlidir. Qiymətləndirmə forma və məzmunu diqqətlə həyata keçirilməli, şəffaf və çevik olmalı, güzəştlər edilməlidir. Ümumiyyətlə, gənclərə verilən təhsil onların müasir zamanla ayaqlaşmasına yardımçı olmalıdır. Yəni hər bir abituriyent, gənc perspektivi düşünərək hazırlaşmalıdır. Bu baxımdan Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı keçirilən mərasimdə Prezident İlham Əliyevin öz çıxışında gənclərə verdiyi tövsiyələri çox önəmlidir. Dövlət başçısının da bu çıxışından belə qənaət gəlmək olur ki, gənclər müasir zamana uyğun peşə seçməlidirlər. Düşünürəm ki, ölkə başçısının proqram xarakterli bu çıxışı bir çox gənclərə özlərinə yol seçməkdə, karyera qurmaqda əvəzsiz kömək olacaq.

- Son zamanlar rus dili tədrisinə ehtiyac çox artıb. Məhz buna görə də rus dili tədris edən müəllimlərin çatışmazlığı hiss olunur. Sizin təhsil müəssisənizdə rus dili hazırlığı hansı səviyyədədir?

-Bəli, bu tendensiyanı biz də müşahidə edirik. Bu, rus dilinə artan maraqdan irəli gəlir. Bizdə həm məktəbəqədər, həm ibtidai, həm ümumi və tam orta təhsil mərhələlərində rus dili üzrə hazırlıq həyata keçirilir. Yanvar ayından etibarən MİQ (müəllimlərin işə qəbulu) üzrə də Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi üzrə də dərslərimiz başlayacaq. Rus və Azərbaycan bölməsində yüksək təhsil vermək bacarığı olan və tədris aparan müəllimlərimiz var. Müəllim heyətimiz bütün qüvvəsi ilə çalışır. Biz kurs daxilində çox güclü komanda və mehriban ailəyik.


Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Məhərrəm Əliyev: Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək
24.09.2020
“Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
23.09.2020
Heydər Əliyev Fondu ilk gündən dövlət tərəfindən görülən işlərə öz dəstəyini göstərir
21.09.2020
Kitabxanaçılıq-informasiya fakültəsi yeni tədris ilinə necə hazırlaşıb?
16.09.2020
“Azərbaycan öz məmləkətimizdir“

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 Xalqımızın halal haqqı
2 “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
3 “Qara dul qadın” filminin premyerası təxirə salınıb
4 MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
5 Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 22 nəfər ölüb -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info