“Düyünlü ur adətən ağrı vermir”
Tarix: 20.12.2019 | Saat: 11:28:00 | E-mail | Çapa göndər


Elnur Pirəliyev: “3 həftədən uzun çəkən, təkrarlanan və müalicə ilə keçməyən boğaz ağrıları olan xəstələrin mütləq endokrinoloqa müraciət etmələri məsləhət görülür”

Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Dr.Elnur Pirəliyev “Həkim məsləhəti” rubrikasında öz tövsiyələri ilə bölüşüb.
Boğazda əllə hiss olunan törəmə, səsdə dəyişiklik, kəskin arıqlama və ya kökəlmə, saç tökülməsi, halsızlıq, yorğunluq kimi əlamətlər varsa, insanların ağlına gələn ilk ehtimallardan biri də ur, yəni qalxanabənzər vəzinin xəstəliyidir. Bəs bu xəstəlik necə yaranır, əlamətləri hansılardır və müalicəsi necədir? İzləyicilərimiz tərəfindən tez-tez verilən bu suallar ətrafında Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Dr.Elnur Pirəliyev “Həkim məsləhəti” rubrikasında öz tövsiyələri ilə bölüşüb.


-Düyünlü ur olduğundan şübhələnən insan nə etməlidir?
- Qalxanabənzər vəzi xəstəlikləri hormonal sistem üzərindən təsirini göstərir. Əgər qalxanabənzər vəzidə nödül dediyimiz düyünlər olarsa, buna düyünlü ur deyəcəyik. Bəzi xəstələrdə düyünlər çox sayda və böyük olduğundan bu insanların boynunda şişkinlik hiss edilə bilir. Ayrıca, əgər bu düyünlər daha çox hormon ifrazına səbəb olarsa, ürək döyüntüsündə artım, əllərdə tərləmə, istiyə dözümsüzlük, saçlarda tökülmə, çəki artıra bilməmək və gözlərdə bərəlmə kimi şəkayətlər müşahidə olunur.
Eyni zamanda qalxanabənzər vəzidəki düyün səs sinirinə, yemək borusuna, nəfəs borusuna basqıya səbəb ola bilər ki, bu zaman da səsdə qalınlaşma, gecə yatarkən xorultulu nəfəs almaq, udqunarkən çətinlik çəkmək kimi hallar ortaya çıxar. Bu şikayətləri olan insanlar qalxanabənzər vəzidə düyün olduğundan şübhələnə bilər.
Belə hallarda isə insanların atacağı ən doğru addım ya endokrinoloqa, ya da endokrin cərrahına müraciət etməkdir. İlk mərhələdə qanda tiroid hormon analizlərinə baxılır və boyunun ultrasəs müayinəsi olunur.
-Düyünlü ur boyunda ağrıya səbəb ola bilərmi?
- Düyünlü ur adətən ağrı vermir. Ancaq düyünün ölçüləri çox böyük olarsa, bu zaman ətraf toxuma və orqanlara mexaniki basqıya səbəb olaraq ağrı verər. Başqa bir halda isə, Tiroid düyününün öz içinə qanama verməsi nəticəsində ağrı ola bilər. Onu da qeyd etmək istərdim ki, bəzən düynülü uru olan xəstələrdə bu, boğaz ağrısı, tonzillit, faringit kimi boğazın başqa xəstəlikləri ilə qarışır ki, bu da xəstələrin yanlış müalicə almağına səbəb olur. Ona görə də, 3 həftədən uzun çəkən, təkrarlanan və müalicə ilə keçməyən boğaz ağrıları olan xəstələrin mütləq endokrinoloqa müraciət etmələri məsləhət görülür.
Tural




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
“Çox sağ olun, əziz müəllimlərimiz”
29.03.2020
Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
28.03.2020
Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
28.03.2020
Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar
25.03.2020
“Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11487

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info