“Reytinqi sıfıra yaxınlaşan Paşinyan ölkəni anarxiyaya sürükləyir”
Tarix: 20.12.2019 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


“Qolos Armenii”:
“Paşinyan hökumətinin heç bir inkişaf strategiyası yoxdur, hakim komanda üzvləri dövlət təfəkkürünə sahib deyillər”

“Bu gün bütün dövlət sisteminin inqilaba müqavimət göstərdiyini bildirən Paşinyan, yaxın zamanlarda bu sistemin axırına çxacağını söz verib. Əslində, Nikol haimiyyətdə olduğu artıq il yarımdan da çox müddətdə bu sistemin məhvi ilə məşğul olub və bu prosses bu gündə davam etdirilməkdədir. Məsələnin əsil mahiyyəti isə başqa yerdə - onunla birgə hakimiyyət orqanlarına gətirilən bacarıqsız işçilərdə axtarılmalıdır. Belə ki, bu gün erməni dövlət idarəçiliyinin naşılığı göz önündədir. Məhz bu mənada hər hansı bir dövlət sisteminin Nikolun inqilab adlandırdığı nəsnəyə qarşı çıxması çox gülünc görünür. Məsələ budur ki, Paşinyanın «inqilabı» nəticəsində İrəvan küçələrindəki nə qədər avara adam vardısa, onların çoxu bu gün Ermənistanda dövlət idarəetmə sistemində təmsil olunmaqdadırlar. Bəlkə də elə bundan ruhlanan baş nazir bu gün ölkədə mütləq təsir gücünə nail olmağa can atır”. Bu fikirlər Ermənistanın “Qolos Armenii”
saytında yer alan məqalədə yer alıb. Saytın yazdığına görə, hazırda Nikol üçün ən önəmli məsələlərdən biri onun reytinqi ilə bağlıdır. Sual oluna bilər: niyə məhz reytinq? Cavab çox sadədəir: çünki bu gün onun reytinqdən başqa heç bir nəyi yoxdur.
Ermənistanda özünəməxsus siyasi vəziyyətin mövcudluğuna işarə edən sayt hazırda ölkədəki mütləq səlahiyytlərin artıq bir nəfərin – Nikolun əlində cəmləşdiyini bildirir. Bununla yanaşı, sayt, baş nazirin hazırda öz hakimiyyətini özü kimi, küçədən gətirdiyi silahdaşlarının-«savadsız poqoslar»ın hesabına qoruduğuna şübhə etmir: “Lakin, ölkədə düşünən ictimaiyyətin də artıq xeyli müddətdir ki, bu sistemli anomaliyadan çıxış yollarını axtardığı istisna edilmir. Onların bu axtarışda olmaları üçün əsasları da var. Məsələ bundadır ki, bu gün Paşinyan hökumətinin nə bir inkişaf strategiyası, nə ideologiyası, nə də münaqişənin həlli ilə bağlı yanaşması yoxdur. Əslində, deyilənlər təkcə Paşinyana şamil edilməməlidir. Çünki Nikol komandasının açıq çıxışları bu insanların dövlət təfəkkürünə, hər hansı bir problemin həllinə sistemli bir yanaşma, sistemli düşüncə və dəyərlər miqyasına sahib olmadıqlarını göstərir. Onlar ancaq bir şəxsin - hazırda reytinqi qürub edən Nikola əsaslanırlar. Nikol isə öz növbəsində, mütləq təsir gücünə sahib olmaqdan əlavə, heç bir şey istəmir. Maraqlıdır ki, baş nazirin ətrafı onun reytinqinin kifayət qədər yüksək səviyyədə olacağına dair ictimai rəy sorğusu yayımlayacaq sosioloji bir institut axtarışına çıxmışdı. Nəhayət ki, sorğunun cavabları bəlli olub: 23 faiz! Təbii ki, bu göstərici Nikolla yanaşı, onun ətrafını da qane etmir. Lakin reallıq budur. Etiraf edilməlidir ki, Ermənistanın bəzi əyalətlərində, məsələn Cermuxda baş nazirin reytinqi sıfır səviyyəsindədir. Buradakı insanlar hələ də “Nikol bizi aldatdı” - deyib dururlar. Məsələ bundadır ki, bu gün ölkədə nə ikinci, nə üçüncü, nə də dördüncü şəxs yoxdur, daha doğrusu, mövcudluğu olsa da yalnız formal xarakter daşıyır. Çünki heç bir şey onlardan asılı deyil və əgər, sabah Paşinyan qəflətən xəstələnsə və ya başqa bir səbəbdən işə yaramasa, bu halda mövcud hakimiyyət piramidasının yoxluğu üzündən ölkədə anarxiya yaranacaq”.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.01.2020
Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
10.01.2020
Türk dünyasının məşhur Azərbaycan şairi Türkiyə dərgisində
07.01.2020
“Ermənistan Azərbaycandan xeyli geri qalır”
27.12.2019
Erməni nazir Paşinyanın yalanını ifşa edib
25.12.2019
Qrant Baqratyan: “Gələn il Ermənistan “iqtisadi qəbristanlığa” çevriləcək”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info