141 mindən çox şagird üçün ilk məktəb zəngi
Tarix: 16.09.2013 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


Təhsil müəssisələrində 2013/2014-cü tədris ili başlanıb. Bu tədris ilində ümumi təhsil müəssisələrinin birinci siniflərində 141 mindən çox şagird təhsil alacaq (ötən dərs ilində birinci sinif şagirdlərinin sayı 135 min 541 nəfər olub). Yeni tədris ilində Bakı şəhərinin ümumtəhsil məktəblərinin birinci siniflərində isə 36 mindən çox şagird təhsil alacaq.
2013-2014-cü tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə 33 min 745 gənc qəbul olunub. Son 10 ildə ümumilikdə respublikamızda http://www.palitranews.az/photos//81_1379353860.jpg2.500-dən çox yeni məktəb binası tikilib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi istiqamətində də uğurlu tədbirlər reallaşdırılır. Qeyd edək ki, Bilik Günü ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunub. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılıb, ilk dərs günü 18 orta məktəbdə dərslərə başlanılıb.
Səbail rayonu 189 saylı orta məktəbdə keçirilən tədbirdə məktəbin direktoru, Əməkdar müəllim Ceyran Kuliyeva keçən tədris ilində məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verib. Sonra qeyd olunub ki, bu tədris ilində məktəbi bitirmiş 42 məzunun 32-i müxtəlif ali məktəblərə, o cümlədən 2 nəfər xarici ali məktəblərə daxil olublar. Keçən dərs ili ərəfəsində əsaslı təmir olunmuş məktəbdə müasir təhsil üçün hər cür şərait yaradılıb, məktəb lazımi avadanlıq və dərs vəsaitləri ilə tam təmin olunub. C. Kuliyeva yeni təhsil müəssisələrinin tikintisi və əsaslı təmir olunmasını, burada müasir standartlara uyğun şəraitin yaradılmasını ölkə rəhbərliyi tərəfindən Azərbaycan təhsilinə olan böyük diqqət və qayğı kimi qiymətləndirib. Dövlət Proqramına uyğun olaraq bu il şəhərin mərkəzindəki 190 saylı orta məktəbin idman və akt zalları yerləşən korpusu əsaslı təmir olunub. Məktəblə tanışlıq zamanı 190 saylı orta məktəbin direktoru, Əməkdar müəllim Afət Bakıxanova qeyd edib ki, bu il məktəbi bitirmiş məzunlardan 52 nəfəri müxtəlif ali məktəblərə, o cümlədən 9-u xarici ölkələrin ali təhsil müəssisələrinə daxil olublar. Məzunlardan 4 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplayıb, 2 məzunu “Qızıl medal”a layiq görülüb, məktəbin müəllimi Nərgiz Məmmədova “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri sırasında olub. Həmçinin Dövlət Proqramının icrasına uyğun olaraq bu ilin may ayında Bakı şəhərinin mərkəzindəki 1928-ci ildə rus-tatar məktəbi kimi fəaliyyətə başlamış, hazırda 980 şagirdin təhsil aldığı Məmməd Rahim adına 7 saylı tam orta məktəbin əsas binası əsaslı təmir olunub. «Sahil bağı»nda təşkil olunan Bilik Günü tədbirində çıxış edən 7 saylı orta məktəbin direktoru Gülnaz Mehdizadə burada aparılan təmir-abadlıq işləri barədə məlumat verərək qeyd edib ki, ötən il məktəbin 3 məzunu «Qızıl medala» layiq görülüb. Bu il məktəbi bitirmiş 48 məzundan 30 nəfəri müxtəlif ali məktəblərə, o cümlədən 4-ü xarici ölkələrin ali təhsil müəssisələrinə daxil olub. Məzunlardan 3 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Yeni dərs ilinin başlanmasına həsr olunan tədbirlərdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov əsaslı təmirdən sonra istifadəyə verilmiş məktəblərin kollektivlərini təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. A.Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışaraq bildirib ki, rayonda təhsilin səviyyəsi və təhsil müəssisələrinin vəziyyətinə ciddi fikir verilir. Yay aylarında təhsil müəssisələrində əsaslı və cari təmirlər aparılıb, məktəblər lazımi avadanlıq və vəsaitlərlə təmin olunub. Yay aylarında Badamdar qəsəbəsindəki 136 saylı körpələr evi-uşaq bağçasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir aparılıb və hazırda son tamamlama işləri gedir. Ənənəvi Bilik Günü tədbirləri rayonun digər məktəblərində də keçirilib, bu tədbirlərdə RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Nigar





 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Öz vətənimdə dünya çempionu oldum”
24.09.2018
Azərbaycanda dövlət-din münasibətləri bütün dünyaya örnək olmalıdır
24.09.2018
Ermənistan atəşkəs rejimini 89 dəfə pozub
22.09.2018
Prezident İlham Əliyev Milli Gimnastika arenasında yarışlara baxıb
22.09.2018
Neftin qiyməti bahalaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info