“Ermənistan Azərbaycanın ərazilərinə qarşı əsassız iddialardan əl çəkməlidir”
Tarix: 26.12.2019 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


BQXK Dilqəm və Şahbaza ailəsinin baş çəkəcəyi ilə bağlı məlumatlara münasibət bildirib
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BQXK-nın Bakı nümayəndəliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, saxlanılmış şəxslərlə bağlı bütün məsələlər tərəflərlə konfidensial ikitərəfli dialoq formasında müzakirə olunur.
“Beynəlxalq Qızıl Xaç Komitəsi neytral vasitəçilik fəaliyyəti çərçivəsində tərəflərin razılığı əsasında, onlara saxlanılmış şəxslərin öz ailələri ilə əlaqələrinin keyfiyyətinin artırılmasında dəstək göstərməyə hazırdır. Komitə mandatı çərçivəsində saxlanılan şəxslərə baş çəkir, həmin şəxslərin saxlanılma şəraitini, onlarla rəftarı yoxlayır və ailələri ilə əlaqə yaratmağa dəstək göstərir”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, son günlər Ermənistan kütləvi informasiya vasitələrində Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkəcəyi haqda danışıqların aparılması ilə bağlı məlumatlar yayılıb. Məlumatda deyilir ki, danışıqlar artıq yekunlaşmaq üzrədir.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D. Əsgərov və Azərbaycan vətəndaşı Ş. Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

“Ermənistan rəhbərliyi uydurma və heç də inandırıcı olmayan açıqlamalar verməklə məşğuldur”

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin Naxçıvanda ermənilərə qarşı uydurma qırğınlarla bağlı bəyanatına münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, Leyla Abdullayevanın bununla əlaqədar açıqlamasında deyilir: “Təəssüflə qeyd etmək istərdim ki, Ermənistanın hazırkı rəhbərliyi öz sələflərinin təcrübəsini davam etdirərək uydurma və heç də inandırıcı olmayan açıqlamaların verilməsi ilə məşğuldur. Həqiqətdə isə tarixi faktlar onu göstərir ki, məhz erməni silahlı dəstələri hələ 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Qarabağda, həmin ilin iyun-oktyabr aylarında isə Zəngəzur və Naxçıvan qəzalarında dinc əhalinin kütləvi qırğınlarını həyata keçirməyə başlayıb. Rəsmi Yerevan bunu çox yaxşı bilir. Hətta Ermənistan tərəfi on minlərlə dinc azərbaycanlı sakinin məhz etnik və dini mənsubiyyətinə görə ermənilər tərəfindən qətlə yetirildiyini unutmaq istəsə belə, buna nə tarix, nə də arxivlərdə saxlanılmış sənədlər imkan verməyəcək. Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğın və soyqırımı siyasəti ilə tanış olmaq üçün Stepan Şaumyanın memuarları və 1926-ci ildə dərc edilmiş Böyük Sovet Ensiklopediyası ilə tanış olmaq kifayətdir.
Bundan əlavə, əgər Ermənistan Xarici İşlər Nazirliyi öz bəyanatlarında ardıcıl olmaq istəyirsə, o zaman Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı böyük qəddarlıqla törədilmiş kütləvi qırğın barədə susmamalıdır. 613 mülki şəxsin, o cümlədən 63 uşaq və 106 qadının qətlə yetirildiyi bu insanlıq əleyhinə cinayət bir əsr deyil, cəmi 27 il bundan öncə törədilib. Ermənistanın keçmiş prezidenti xarici jurnalistlər qarşısında bu cinayətlə bağlı etirafla çıxış etməyə belə çəkinməyərək deyib: “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq. Bax, bu baş verdi”.
Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin əhalini sülhə hazırlamaq çağırışı fövqündə Ermənistan XİN-in bu ritorikası qəribə səsləndiyi qədər zərərlidir. Münaqişənin həlli nöqteyi-nəzərindən emosional fonu gərginləşdirən bu kimi bəyanatlar vermək əvəzinə, Ermənistan XİN “yazıq erməni” obrazını bir kənara qoyub, Azərbaycanın ərazilərinə qarşı əsassız iddialardan əl çəkməli, Azərbaycan ərazilərinin işğalına son qoymalı, münaqişənin həll olunması və iki xalqın sülh, sabitlik, təhlükəsizlik və tərəqqi şəraitində yaşaması üçün konkret addımlar atmaq barədə düşünməlidir”.

“Babək 44” taborunun döyüşçülərinin və şəhid ailələrinin iştirakı ilə N saylı hərbi hissədə şəxsi heyətlə görüş keçirilib


Yeri gəlmişkən, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin nümayəndələrinin (AQMƏVŞAİB), “Babək 44” taborunun döyüşçülərinin və şəhid ailələrinin iştirakı ilə N saylı hərbi hissədə şəxsi heyətlə görüş keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi, eləcə də Şəhidlər xiyabanı ziyarət olunub.
Sonra qonaqlar hərbi hissədə ağacəkmə aksiyasına qoşulublar.
Şəxsi heyətlə görüşdə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər ehtiyatda olan polkovniklər Nazim Əhmədov, Elxan Qəniyev, Abakar Mirzəyev, AQMƏVŞAİB-in sədri Mehdi Mehdiyev, polkovnik-leytenant Vüqar İspəndiyarov və başqaları xatirələrini bölüşüb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər Ordumuzun qazandığı uğurlardan danışıblar. Sonra Gəncə şəhəri 39 nömrəli tam orta məktəbin şagirdləri və “Babək 44” taborunun döyüşçüsü Əli Babayevin nəvələri vətənpərvər şeirlərlə çıxış ediblər. “Babək 44” taborunun xüsusi qol saatları kəşfiyyatçılara və keçmiş döyüşçülərin hazırda həmin hərbi hissədə xidmət edən övladlarına hədiyyə olunub. Əfsanəvi taborun döyüş yolu haqqında filmlərin diskləri isə şəhid ailələrinə təqdim edilib. Sonda “Əsgərə məktub” layihəsində iştirak edən keçmiş döyüşçülər ön xətdə xidmətdə olan Azərbaycan Ordusunun əsgərlərinə məktublar yazıb arzularını çatdırdılar. Həmçinin Müdafiə Nazirliyinin təşkilatçılığı ilə dekabrın 25-də şəhid övladları üçün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin kollektivi, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı kollektivləri, şəhid ailələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
Mərasimdə çıxış edən Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə İş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar tədbir iştirakçılarını təbrik edərək bildirib ki, bu tarix xalqımızın birlik günüdür. Bu günü dünyanın 70-dən çox ölkəsində yaşayan, 50 milyondan çox azərbaycanlı böyük ruh yüksəkliyi ilə qeyd edir. Şöbə müdiri çıxışını Ulu Öndərin “Azərbaycanlılar! Harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən” sözləri ilə bitirdi.
Sonra çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən danışaraq, hər kəsi həmrəyliyə, birliyə çağırıb. Tədbir iştirakçıları şəhid ailələrini daim yad etdiklərinə və göstərilən diqqətə görə dövlət başçısı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
19.03.2020
“Ermənistan bu günün özündə də sülh şəraitində yaşayan insanları öldürür”
17.03.2020
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalıyıq”
16.03.2020
“Ermənistanın tarix və demokratiya məsələlərində Azərbaycana qarşı iddia irəli sürməyə heç bir əsası yoxdur”
16.03.2020
Moskva beynəlxalq müqaviləsi Naxçıvana erməni iddialarını birmənalı şəkildə rədd edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info