Erməni nazir Paşinyanın yalanını ifşa edib
Tarix: 27.12.2019 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Saxtakarlıq, yalan danışmaq ermənilərin qanındadır. Əslində, bu, çoxları üçün yenilik olmasa da, erməni baş nazir Nikol Paşinyanın Ermənistanın iqtisadi inkişaf baxımından 15 dünya ölkəsi arasında yer aldığını deməsi, daha şübhəyə yer qoymur.
“2019-cu ilin sonuna qədər Ermənistan iqtisadi artım baxımından ilk onluğa daxil olmasa da ilk 15 ölkə arasında yer alacaq”. Bu sözləri Nikol erməni sahibkarlar üçün yeni il qəbulu zamanı bəyan edib. Söylədiyi yalandan cuşa gələn baş nazir Ermənistanın başa çatmaqda olan ildəki göstəricilərinin nəinki Cənubi Qafqazda, hətta dünya ölkələri arasında da “rekord” qırdığını bildirib. “Novosti Armeniya” saytı Paşinyanın fikirlərindən sitat gətirib: “Ermənistan tərəfindən həyata keçirilən «bu uğur» nəinki Avrasiya İqtisadi Birliyi, hətta MDB ölkələri arasında ilk göstəricidir. Mən yüksək ehtimalla, iqtisadi artım baxımından Ermənistanın Avropada liderlər sırasında olacağına da şübhə etmirəm». Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçatryan isə baş nazirin dediklərini təkzib edib. Belə ki, nazir Paşinyanın hakimiyyətdə olduğu vaxtda “tərəqqinin” göz oxşadığını bildirsə də deyib ki, 2019-cu ilin sonuna qədər Ermənistan hakimiyyəti iqtisadi artımın yalnız «inqilabdan əvvəl» göstəricisini qoruya bilib. Ermənistandakı real durumla bağlı, bəlkə də ən doğru açıqlamanı “Ermənistanın Aqrar-Kəndli Birliyi” adlı QHT-nin sədri Qraç Berberyan bildirib. Paşinyanın hakimiyyəti dövründə buğda bitkilərində 30 faiz azalma qeydə alındığını bildirən QHT sədri son bir ildə kartof istehsalının da azalmağa davam etdiyini bildirib. Onun sözlərinə görə, Ermənistan bu sahə üzrə artıq idxalçıya çevrilib. Burada daha maraqlı nüanslardan biri də ölkədəki kadrlarla bağlıdır. Belə ki, Berberyan ölkədəki bütün uğursuzluqları Paşinyanın təyin etdiyi səriştəsiz kadrların yarıtmaz fəaliyyətində axtarmağı məsləhət görür.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.01.2020
Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
10.01.2020
Türk dünyasının məşhur Azərbaycan şairi Türkiyə dərgisində
07.01.2020
“Ermənistan Azərbaycandan xeyli geri qalır”
25.12.2019
Qrant Baqratyan: “Gələn il Ermənistan “iqtisadi qəbristanlığa” çevriləcək”
20.12.2019
“Reytinqi sıfıra yaxınlaşan Paşinyan ölkəni anarxiyaya sürükləyir”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info