QORXURAM ÖYRƏŞƏK BİR-BİRİMİZƏ
Tarix: 18.09.2013 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


|










QORXURAM ÖYRƏŞƏK BİR-BİRİMİZƏ
(Bir filmin qəhrəmanının dilindən)


Ömrün bu yaşında, həyəcan, təlaş,
Necə qədəm qoyum cığıra izə?
Sən məni bu qədər duymayaydın kaş,
Qorxuram öyrəşək bir-birimizə....

Ortaya çəkməyək inamı, andı,
Həyatın yolları çəndi-dumandı.
Məni imtahana çəkmə, amandı,
Qorxuram öyrəşək bir-birimizə....

Ürək ki, daş deyil, ürəyə nə sirr?
Sirrini açmağa insan tələsir,
Başımız üstə ki, bu külək əsir,
Qorxuram öyrəşək bir-birimizə....

Məni çox ürəkdən duyma-tanıma,
Onsuz da qonaqsan hər bir anıma.
Qalxdığın zirvədən enmə yanıma,
Qorxuram öyrəşək bir-birimizə....

Mənə nə anlatdı sözün bilirsən...
Dünyanın əyrisin, düzün bilirsən,
Odla oynayırsan, özün bilirsən,
Qorxuram öyrəşək bir-birimizə....

Sirri açmağımın bir səbəbi var,
Quştək uçmağımın bir səbəbi var,
Səndən qaçmağımın bir səbəbi var,
Qorxuram öyrəşək bir-birimizə....



VƏTƏN SIĞIR ÜRƏYİMƏ


Ay təbiət, səxavətin çox imiş,
Hər varını bəxşiş etdin yenə sən…
Pay verməkdə heç təmənnan yox imiş,
Büllur kimi ürək verdin mənə sən.

Deyirlər ki, ürək yumruq boydadır,
Nə yerləşər yumruq boyda ürəyə?
Dar qəfəsdə hey döyünmək qaydadır,
Bir gün yasda, bir gün toyda ürəyə…

Dar qəfəsdə qala bilməz ürəyim,
Hər arzumu, qalsa, ora yığmazdım.
Yumruq boyda ola bilməz ürəyim,
Belə olsa Vətən ora sığmazdı…

Ürəyimsiz ağlamıram, gülmürəm,
Hər istəyim ürəyimdə birləşir.
Böyükmüdür, kiçikmidir bilmirəm,
Ürəyimə təkcə Vətən yerləşir…


PAYIZ DA XINALI , SƏN DƏ XINALI...


Ömrüm hey bürünüb dumana,çənə,
Mənim də baxtıma bu yazı düşüb.
``Payız mənzərəsi`` gətirdin mənə,
Nə bildin ömrümün payızı düşüb...

Nə bildin çiynimdə duran mələyin,
Qismətə hicranı yazan vaxtıdır.
Hardan sazağını duydun küləyin,
Nə bildin ömrümün xəzan vaxtıdır...

Bu talə yoluna düşdüyüm gündən
Mən payız görmüşəm,yaz görməmişəm.
Çəmənə,çiçəyə baxmişam gendən,
Salxım söyüddə də naz görməmişəm.

``Payız mənzərəsi`` gətirdin mənə,
Nə yayda,nə qışda,nə yazda gəldin.
Baxmadın dumana,baxmadın çənə,
Sən mənim ömrümə payızda gəldin...

Dağların çəni də ömrümə endi,
Bu payız günündə göllər sonalı.
İki mənzərə var önümdə indi -
Payız da xınalı,sən də xınalı...




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
4 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
5 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info