Cəmil Həsənli də rəhbəri Rüstəm kimi saxtakar çıxdı
Tarix: 18.09.2013 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Anar MİRİYEV |

Qondarma “milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənlinin “İTV”nin efirində iştirak etdiyi dəyirmi masa onun üçün fiasko ilə nəticələndi. Elə ilk çıxışdaca efiri izləyənlər müxalifətin, “milli şura”nın qondarma, pafoslu iddialarının nə qədər yalan-palan olmasının şahidi oldu. Çıxışında iqtidarın əleyhinə heç bir tutarlı arqument, fakt səsləndirə bilməyən Cəmil Həsənli ciddi siyasətçiyə xas olmayan qeybət-qarğış etməklə məşğul idi. Çıxışını xarici mətbuat orqanlarında çap edilən dezinformasiyalar üzərində quran Həsənli bununla bir daha sübut etdi ki, o və onun kimilərin cəmləşdiyi “şura”nın əsas istinadgahı, ümid yeri xalq yox, bəzi xarici mətbuat orqanları, maraqlı xarici dairələrdir. İnformasiyanı da (oxu - dezinformasiya), maliyyəni də, çıxış etmək üçün tezisləri də xarici mənbələrdən alırlar. Ona görə də Həsənlinin İTV-nin efirində etdiyi çıxış Azərbaycan seçicisinə yox, xarici publikaya, müəyyən dairələrə hesablanmışdı. Bunlar Azərbaycan seçicisinin onlara münasibətinin necə olduğunu yaxşı bilirlər. Əmindirlər ki, xalq əsl simalarına, xislətlərinə yaxşı bələd olduğundan onlara səs verməyəcək. Haray-həşirlə bir mitinq keçirdilər, min nəfərdən artıq insan gəlmədi. Gələnlər də “mili şura”dakıların qohum-əqrəbası idi. “1 manat aksiyası”na başladılar, bu da alınmadı. Həm guya xalqın onlara dəstək verdiyini nümayiş etdirmək, həm də pul qazanmaq istəyirdilər. Amma xalq onların bu aksiyasına elə dilənçilik kimi qəbul edərək nəinki dəstək, heç də reaksiya belə, vermədi. “Milli şura”ya toplaşanlar və onların güc-bəla düzüb-qoşduğu “ehtiyat”, sonra “ehtiyat vahid”, daha sonra “vahid namizəd” olan Cəmil Həsənlinin xalqa deməyə sözü yoxdur. Müəyyən maraqlı dairələrə xidmət edən bəzi xarici mətbuat orqanlarında dərc edilən və bizim bəzi mətbu orqanlarımızın dəfələrlə tirajladığı və artıq çürüyü çıxan, heç kimin ciddi qəbul etmədiyi məqsədi bəlli dezinformasiyaların Cəmil Həsənli tərəfindən efirdə təkrarlanması ən azı ikrah doğurur. Gör bu müxalifət və onun namizədi nə gündədir ki, prezidentliyə namizəd kimi efirə çıxıb xalqa deməyə söz tapa bilmədiklərindən, dezinformasiyalara əsaslanır, dedi-qodu edirlər. Görəsən, Həsənli mənasız və qeyri-ciddi ilk çıxışının tezislərini hansı səfirlikdən alıb? Bu cür qeyri-ciddi insanlara dövlətin idarə edilməsini necə etibar etmək olar? Allah bizi, dövlətimizi sizin kimilərdən qorusun. Cəmil Həsənli efirdə ölkə daxili ilə bağlı cəmi bir məsələyə toxundu, elə bu məsələdə də özünü ilişdirdi. Məlum oldu ki, pensiya məsələsi ilə spekulyasiya etməyə çalışan Həsənlinin özü elə saxta yolla pensiya alır! Efirdə xalqa ədalət, qanunçuluq nağılı danışan namizədə, prezidentlik iddiasında olan şəxsə bax. Dövlət orqanlarını aldadaraq iki ildir ki, 2 min manat pensiya alır. YAP icra katibinin bu məsələ ilə bağlı açıqladığı sənəd «mili şura» namizədini bütünlüklə ifşa etdi. Saxta yolla sənəd düzəldib, saxta yolla yüksək pensiya alan şəxs efirə çıxıb utanmadan qanundan danışır. Ayıb olsun. Açıqlanan sənəddən belə məlum olur ki, Cəmil Həsənlinin gözləri yaxşı görmədiyindən vaxtından əvvəl pensiyaya çıxıb və o, yüngül, iş saatı çox olmayan işdə çalışa bilər. Başdan-ayağa nonsesdir! Gözləri necə yaxşı görmür ki, heç vaxt eynəkdən istifadə etmir. Deyək ki, gözlərində problem var və sənəddə yazılanlar doğrudur ki, buna əsasən pensiya yaşınızın tamam olmasına iki il qalmasına rəğmən pensiya alırsınız. O halda sənəddə yazılan yüngül, iş saatı çox olmayan işdə çalışa bilər diaqnozunu neynəyək?. Əgər sənəddə yazılanlar doğrudursa, onda bu adam necə prezident işləyəcək. Axı ona bundan sonra yüngül, iş saatı az olan işdə çalışmaq laxımdır. Bütün halda Cəmil Həsənli də rəhbəri Rüstəm kimi xalqı aldatmaqla məşğuldur. Rüstəmin ikili vətəndaşlığı ola-ola onu namizəd olmağa məcbur edənlər, indi də saxta sənəd düzəltdiyi məlum olan Həsənlini güdaza verib, xalqın nifrətini qazanır, nə qədər yüngül, qeyri-ciddi insan olduqlarını isbatlayırlar. Onsuz da xalq sizi yaxşı tanıyır, amma bu cür saxtakarlığınızın, hiylənizin, yalanlarınızın üstünün açılması yaxşıdır ki, yeni nəsil də sizlərin iç üzünüzə bələd olur. Heyf “İTV”də “milli şura” namizədi üçün ayrılan efir vaxtına. Həsənlinin çıxışındansa, Messinin qollarını nümayiş etdirsəydilər, daha maraqlı olardı.

Anar Miriyev




 
Müəllifin son yazıları

01.07.2019 Qlobal media ciddi reputasiya itkisinə məruz qalıb
21.08.2013 Ukrayna mətbuatı Azərbaycan müxalifətini şoka saldı
21.05.2013 Əkrəm Naibov Zori Balayanla eyni missiyanı yerinə yetirir
02.03.2013 E.Namazov üçün «politologiya» mənsub olduğu düşərgəyə xəyanət deməkdir
09.02.2013 Əylislinin “yuxusu” niyə “daş” olub?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10920

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info