“Həkimin baxışı olmadan heç bir müalicə təyin oluna bilməz”
Tarix: 09.01.2020 | Saat: 12:38:00 | E-mail | Çapa göndər


Səidə Kərimova: “Yaşlanma prosesi, düz olmayan qamət və mexaniki stress nəticəsində diskin üst qatının davamlılığı və tamlığı pozulur”

Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu
Dr. Səidə Kərimova “Həkim məsləhəti” rubrikasında öz tövsiyələrini bölüşüb.

Səidə Kərimova “Həkim məsləhəti” rubrikasında Bel fəqərəarası yırtıqlarının yaranma səbəbləri və müalicəsi barədə sualları cavablandırıb. Dr. Səidə Kərimovanın tövsiyələrini nəzərinizə çatdırırıq.
- Bel fəqərəarası yırtıqları nədir?
- Axırıncı rubrikamızda biz bel ağrılarından və bel fəqərəarası yırtıqların bir çox ağrılara səbəb olmasından danışmışdıq. Bəs bel yırtıqları deyəndə biz nəyi nəzərdə tuturuq? Onurğamız xüsusi sümüklər olan fəqərələrdən ibarətdir. Onlar isə birlikdə fəqərə sütunu yaradırlar. Fəqərələr arasında yumru yastıqça tipli fəqərəarası disklər yerləşir. Onların əsas funksiyası amortizasiya, yəni onurğaya düşən yükləmənin davamlılığına xidmət göstərməkdir.
Normal disk jeleyə bənzər nüvə və üst sərt qatı olan fibroz həlqədən ibarətdir. Diskin quruluşunda yaranan dəyişikliklər fəqərəarası yırtıqların yaranmasına səbəb olur.
İnsanlar yaşlandıqca disklərin strukturu dəyişir. Belə ki, uşaqlarda fəqərəarası disklər su ilə bol olur, bu da disklərin elastikliyini və amortizasiya funksiyasının yerinə yetirilməsini təmin edir. Zaman keçdikcə disklərdə suyun miqdarı azalmağa başlayır. Bu da diskin üst qatının mexaniki stressə davamlılığını azaldır və o nisbətən sadə hərəkətlər zamanı zədələnə bilir. (əyilib nə isə qaldıranda, bərk öskürəndə və s.).
- Disk yırtığının yaranmasına səbəb olan başqa hansı risk faktorları mövcuddur?
- Yaşlanma prosesi, düz olmayan qamət və mexaniki stress nəticəsində diskin üst qatının davamlılığı və tamlığı pozulur. Bunun nəticəsində iç möhtəviyyat yırtıla bilir və yırtıq yanında olan sinirləri sıxır. Nəticədə bel ağrısı və sinir boyu ayaqda ağrı, keyləşmə və zəiflik kimi simptomlar müşahidə oluna bilir.
Digər risk yaradan faktorlar da disk yırtığının yaranmasına səbəb olur. Aşağıda qeyd olunan risk yaradan faktorları qeyd etmək olar:
1. Yaş faktoru –35-50 yaş arasında adətən disk yırtığına daha tez-tez rast gəlinir.
2. İş şəraiti- fiziki yüklənmə və ya ağır yüklərin qaldırılması ilə bağlı işlər disk yırtığının yaranmasına səbəb ola bilər;
4. Hipodinamiya- uzunmüddətli oturaq iş, əsasən düz olmayan qamətlə bir yerdə bel fəqərələrə yüklənmə verir, onurğanı stabilləşdirən əzələləri zəiflədir və digər neqativ təsirləri göstərir. Eyni zamanda öz damarları olmayan disk ətraf strukturlardan qidalanır və bu qidanlanma hərəkət zamanı intensivləşir.
5. Tütün çəkmə. Nikotin onurğa strukturların qan təchizatını azaldır, o da deqenerasiya və zədələnmə proseslərini sürətləndirir.
Bel yırtığı ilə bağlı ağrılar qəflətən yaranan kimi görünə bilər, amma adətən bu tədricən gedən prosesin nəticəsidir.
Bəzi hallarda sinir sıxılması pəncədə iflic, sidik kontrolun itməsi, ayaqlarda hərəkətsizlik və digər hallarla özünü göstərə bilər. Ciddi fəsadlarla üzləşməmək üçün davamlı bel və ayağa vuran ağrıları və ya yuxarıda göstərilmiş hər hansı əlamətlər varsa həkimə müraciət etmək və müayinədən keçmək lazımdır.
- Bəs müalicə üsulları haqqında nələri deyərdiniz?
- Dünya üzrə aparılan statistikaya əsasən bel yırtıqları ilə bağlı bel və ayaq ağrılarının 90%-i əməliyyatsız yolla müalicə olunur. Fizioterapiya və xüsusi reabilitasiya proqramı belə hallarda çox effektivdir. Onu da vurğulamaq lazımdır ki, həkimin baxışı olmadan heç bir müalicə təyin oluna bilməz.
Növbəti yazıda biz bel ağrıların və fəqərəarası yırtıqların müalicəsi haqqında daha ətraflı danışacağıq.
Tural








 
Bölməyə aid digər xəbərlər
30.03.2020
“Çox sağ olun, əziz müəllimlərimiz”
29.03.2020
Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
28.03.2020
Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
28.03.2020
Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar
25.03.2020
“Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11488

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info