İki minədək turist Yeni ili Naftalanda qarşılayıb
Tarix: 10.01.2020 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Sağlamlıq turizminin beynəlxalq mərkəzlərindən birinə çevrilən və şöhrətini ildən-ilə artıran Naftalan nəinki yay fəslində, hətta soyuq qış aylarında da turistləri özünə cəlb edir. İki minədək turist Yeni ili və sonrakı bayram günlərini bu kurort şəhərində keçirməyə üstünlük verib. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə Naftalana üz tutan yerli və xarici turistlərin sayında da əvvəlki illərlə müqayisədə xeyli artım müşahidə olunub.
Yeni il bayramında qonaqların istirahətinin mənalı və yaddaqalan olması üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif tədbirlər və xüsusi hazırlanmış əyləncəli şou proqramlar təşkil olunub. Bundan başqa, bayram günləri ərəfəsində turistlərin daha mənalı istirahəti üçün sanatoriyalar tərəfindən ölkəmizin digər mənzərəli bölgələrinə ekskursiyalar təşkil edilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.01.2020
Turizm Reyestrinin aparılma qaydası müəyyənləşib
24.01.2020
ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
22.01.2020
Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
22.01.2020
Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
21.01.2020
Azərbaycanda turizm bələdçiləri attestasiyadan keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info