“İri müəssisələrdə tikinti zamanı bütün təhlükəsizlik qaydalarına mütləq əməl olunmalıdır”
Tarix: 13.01.2020 | Saat: 14:03:00 | E-mail | Çapa göndər


“Artıq yanvarın 1-dən FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti iri ticarət mərkəzlərində, o cümlədən müəssisələrdə və bazarlarda yoxlamalar keçirə bilər. Nöqsanlar aşkar olunarsa, Xidmət onun qarşısının alınması məqsədilə obyekt rəhbərliyi qarşısında məsələ qaldıra bilər. Xəbərdarlığa məhəl qoyulmadığı təqdirdə, Xidmət obyektin fəaliyyətini dayandıra bilər. Bu səlahiyyət artıq FHN-ə verilib. Ümumiyyətlə, iri müəssisələrdə tikinti zamanı bütün təhlükəsizlik qaydalarına mütləq əməl olunmalıdır”. Bu fikirləri təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev KİV-ə bildirib.
O deyib ki, əks halda, fövqəladə hal baş verən zamanı zərərin miqyası da böyük olur: “Əsasən, müasir standartlara tikilən “mollar”da təhlükəsizlik qaydalarına tam əməl olunub. Bu mərkəzlər avtomatik yanğınsöndürmə vasitələri, yanğın dolabları, siqnalizasiya vasitələrinə qədər bir çox avadanlıqlarla təchiz olunub. Amma digər iri ticarət mərkəzlərinin tikintisində təhlükəsizlik qaydalarına riayət olunmayıb. Mallar pərakəndə düzülüb, anbarlarda heç bir təhlükəsizlik qaydalarına əməl olunmur, o cümlədən obyektlər arasında olan məsafəyə və təxliyə yollarına satış malları yığaraq süni şəkildə maneələr yaradılıb. Fövqəladə hadisə baş verən zaman insanlar hansı təxliyyə planına uyğun olaraq hərəkət edəcəyi ilə bağlı sxem belə yoxdur. Üstəlik, içəridə xüsusi işarələrlə belə göstərilməyib ki, insanlar hansı yolla təhlükəsiz yerə keçə bilər. Heç çıxış qapısının hansı tərəfdə olması da bilinmir. Bu cür ərazilərə təcili tibbi yardım maşınlarının, eləcə də yanğınsöndürənlərin girməsi üçün yer yoxdur. Bazar rəhbərliyi icarəyə verdiyi mağazalardan 30-40 kvadratmetr önə sahibkarlar öz mallarını düzürlər. Üzbəüz hər iki sıradan sahibkar mağazaların qarşısına mallarını düzəndə nəinki maşınların, heç insanların keçməsi üçün yol qalmır. Bu isə xilasetmə qruplarının işini çətinləşdirir”.
Ekspert onu da qeyd edib ki, ticarət mərkəzlərində insanların təhlükəsiz toplanış məntəqələri olmalıdır: “Fövqəladə vəziyyət yarananda insanlar hara toplanacağını öncədən bilməlidir. İri ticarət mərkəzlərində işçilərin bu cür mərkəzlər barədə məlumatlı olması, təbii ki, orada olan müştərilərin də təxliyyəsinə kömək edir. Qanunda könüllü yanğınsöndürmə qruplarının olması barədə müddəa yer alır. Əgər bir obyektdə 15 nəfərdən çox işçi varsa, orada könüllü yanğınsöndürmə qrupları mütləq fəaliyyət göstərməlidir. Bu qrupun işi fövqəladə hal baş verdikdə yanğınsöndürmə briqadası gələnə qədər vəziyyəti bir növ əldə saxlamaqdan ibarətdir. Yəni ilk növbədə insanlar həmin ərazidən təhlükəsiz təxliyə olunur, daha sonra ilkin yanğınsöndürmə vasitələrindən istifadə edərək yanğının qarşısını alınır. Daha sonra könüllü yanğınsöndürmə qrupları hadisə yerinə gələn yanğınsöndürmə briqadasına yanğın haqqında ilkin məlumatlar verməlidir. Bu qrupun olması yanğınsöndürmə briqadasının işini çox asanlaşdırır. Təbii ki, insanlar könüllü yanğınsöndürmə qruplarına peşəkar təlimlər keçəndən sonra təyin olunur. Bu qrupun üzvləri kənar şəxslər yox, həmin obyektlərdə çalışan işçilərdən ibarətdir. Qrupun təlim keçmiş üzvləri sayəsində baş verən hadisədən minimum zərərlə ötüşmək olar”.
Elmar Nurəliyevin sözlərinə görə, baş verən hər hansı bir hadisəyə görə obyekt rəhbəri məsuliyyət daşıyır:
“Bu obyektlərdə insanların özləri və əmlakları ziyan görür. Buna görə də yanğın təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır. Bu cür kütləvi obyektlərdə kiçik sahibkarlar özləri də məsuliyyətli olmalıdır. Təhlükəsizlik qaydalarına əməl olunmayan bazarlarda, ticarət mərkəzlərində fəaliyyət göstərməkdən kütləvi şəkildə imtina olunmalıdır. Bu zaman müəssisə rəhbəri bütün təhlükəsizlik qaydalarının tələblərinə əməl etməyə məcbur olacaq. Əgər bu cür iaşə obyektlərində təhlükəsizlik qaydalarına tam əməl olunarsa, sığorta şirkətləri də orada olan malları və mülkləri sığortalamaqda maraqlı olacaq”.




 
Bölməyə aid digər xəbərlər
20.01.2020
Heydər Əliyev hakimiyyətdə olsaydı 20 Yanvar hadisələri baş verməzdi
20.01.2020
Azərbaycanın azadlığı uğrunda canlarını qurban verən 20 Yanvar şəhidlərini rəhmətlə anıram
20.01.2020
Azərbaycan 20 Yanvar hadisələri ilə bağlı cəzasızlığa son qoymaqda qətiyyətlidir
20.01.2020
ABŞ səfirliyi: SSRİ öz varlığını qorumaq üçün bu cür tədbirlərə əl atdı və nəticədə 147 nəfər həlak oldu
20.01.2020
Yanvar şəhidləri Azərbaycanın müstəqilliyinin bərpasında xüsusi rol oynamışlar

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info