Ermənistanın baş naziri ordudakı itkilər barədə ictimaiyyəti aldadır
Tarix: 13.01.2020 | Saat: 14:55:00 | E-mail | Çapa göndər


Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da “Facebook” səhifəsində Ermənistan ordusunda itkilər baxımından tarixi minimumun qeydə alındığını elan edib. Erməni KİV-ləri xəbər verir ki, “Ermənistan ordusunda 2019-cu ildəkindən daha az itki olmayıb”, - deyə N.Paşinyan sosial şəbəkədə qeyd edib.
Helsinki Vətəndaş Assambleyası - Vanadzor (HCA) ofisi 2018-ci ildə rəsmi mənbələrə, kütləvi informasiya vasitələrinə və bəzi hallarda ölən hərbçilərin yaxınlarının da məlumatlarına əsaslanaraq, 1994-cü ildən bəri Ermənistan silahlı qüvvələrindəki itkilər barədə geniş hesabat dərc edib. Son on ildə Ermənistanda və Qarabağdakı silahlı birləşmələrdə hərbi və qeyri-döyüş itkilərinə dair məlumatlar araşdırıldıqda məlum olur ki, orduda itkilərin sayının ötənilkindən – 49 nəfərdən az qeydə alındığı illər də olub. Belə ki, 2013-cü ildə 31, 2014-cü ildə 45 ölüm faktı qeydə alınıb. Bunu “Faktların yoxlanılması” platforması yazıb. Bundan başqa, hesabata görə 2000-ci illərin əvvəllərinin statistikası göstərir ki, 2003-2007-ci illərdə görünməmiş aşağı ölüm hadisəsi olub. Məlumatlar “Civilitas” Vəqfinin analitiki Tatul Hakobyan tərəfindən müxtəlif dövlət qurumlarının, həmçinin Helsinki Vətəndaş Assambleyası-Vanadzor ofisinin, Sülh Dialoq Təşkilatının, Razminfo xəbər saytının və digərlərinin məlumatları əsasında toplanıb. Tədqiqata görə, 2003-cü ildə 40, 2004-cü ildə 38, 2005-ci ildə 47, 2006-cı ildə 33 (hərbi prokurorluğa görə 36), 2007-ci ildə 31 (hərbi prokurorluqda 50) itki olub. Bütün bunlar onu göstərir ki, baş nazir N.Paşinyan bir daha ictimaiyyətə yalan məlumat verməklə Ermənistan vətəndaşlarını aldadır (http://politik.am/pashinyani-suty-banakum-ardzanagrvats-zoheri-masin-zoheri-arumov-patmakan-minimum-exel-e-qocharyani-ev-sargsyani).




 
Bölməyə aid digər xəbərlər
20.01.2020
Serj Sarkisyan haqqında cinayət işinin təhqiqatı yekunlaşıb
18.01.2020
Putin müddətsiz hakimiyyət barədə fikirlərini açıqladı
18.01.2020
Azərbaycan və gürcü xalqları öz qəhrəmanlarını heç zaman unutmayacaqlar
18.01.2020
Mətbuat evindəki yanğında şübhəli məqamlar
18.01.2020
Daşkənddə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info