“News.am”: “Ermənistan turist həsrətindədir”
Tarix: 13.01.2020 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Turist həsrəti çəkən İrəvan meri Ayk Marutyan bir neçə gün öncə “Zvartnots” hava limanına baş çəkib

Məlum olduğu kimi, Ermənistan hökuməti və şəxsən onun rəhbəri ölkə iqtisadiyyatı üçün ötən ili təkcə yüksək effektivli deyil, həm də tamamilə irəliləyiş hesab edir. Burada Nikol Paşinyanın erməni iqtisadiyyatının “uçuş üçün sürət yığması” ilə bağlı ictimaiyyəti məmnun etdiyini xatırlatmaq da yerinə düşər. Məsələ bundadır ki, baş nazir tərəfindən dəstəklənən və iqtisadiyyat naziri tərəfindən səsləndirilən “artıq iqtisadi inqilabın baş verdiyi” açıqlamasının əksinə olaraq, Ermənistanda ilin sonunda heç bir müsbət irəliləyiş nəzərə çarpmayıb. Yəni, Nikolun şəstlə “Qafqaz pələngi” olacaq deyə xalqa təlqin etdiyi Ermənistan iqtisadiyyatı heç “pişik” də ola bilmədi. Ermənilərin “Qolos Armenii” saytı da
bunu əyani sübutlarla onlara təqdim edib. Sayt yazır ki, bu gün Paşinyan hökuməti arxada qalan ildə iqtisadi fəallıq göstəricisinin 7,1 faiz həddinə yüksəldiyini önə çəkirlər. Amma sayt onlara xatırladır ki, bu göstərici 2017-ci ildə, yəni inqilabdan əvvəl 7.7 faiz təşkil edib. Başqa bir nümunə. Sənaye istehsalını 8 faiz həcmində artırdığını öz şəxsi «Facebook» səhifəsində xalqa müjdə kimi çatdıran Nikola, sayt inqilabdan əvvəl, yəni, 2017-ci ildə bu göstəricinin 12 faiz olduğunu xatırladır.

Avetisyan Paşinyana cavab verib: “İşsiz ermənilər divanlarında yatmırlar, iş və yoxsulluq vəziyyətindən necə çıxmaq barədə düşünürlər. İş yerlərinin və lazımi dövlət dəstəyinin olmaması səbəbindən onlar iş tapa bilmirlər”


Maraqlıdır ki, sayt ölkə iqtisadiyaatının ayrı-ayrı sahələrindəki tənəzzülü bir daha Nikola xatırladaraq, 2019-cu ili Ermənistan iqtisadiyyatı üçün uğursuz bir il kimi dəyərləndirib. İqtisadiyyatın daha çox avtomobil idxalı və turizm üzərində qurulduğunu bildirən erməni saytı yazır ki, çox da öyünmək lazım deyil. Çünki, avtomobil idxalı sahəsi bu ilin başlanğıcından artıq geriyə gedir.
Sayt ölkədəki turizm sektoruna da toxunub. Artıq bu sahədə də ciddi geriləmə var - Ermənistana gələn turistlərin sayında ciddi azalma müşahidə edilir. Məsələn, ermənilərin «News.am» saytı turist həsrətli İrəvan meri Ayk Marutyanın bir neçə gün öncə «Zvartnots» hava limanına baş çəkdiyi barədə xəbər yayıb. Avropanın ucuz hava yollarının artıq Ermənistan bazarına daxil olduğunu bildirən şəhər meri bundan yararlanmaq imkanını diqqətə çatdıraraq, «müasir şəhərin qapıları hava limanıdır, turistlərin ölkəmiz haqqında ilk təəssüratı burada formalaşır»-deyə bildirib. Yeri gəlmişkən, maraqlı bir nüansı da xatırladaq. Belə ki, bir müddət bundan əvvəl dövlət iclaslarının birində Ermənistandakı yoxsulluq məsələsinə toxunan Paşinyan ölkə vətəndaşı üçün yoxsulluğun öhdəsindən gəlmək üçün işləməyi ən yaxşı bir vasitə kimi göstərmişdi. Divanda uzanan adamın yoxsulluğunu aradan qaldırmaq niyyətində olmadıqlarını bildirən baş nazir onlara divandan qalxıb işləməyi tövsiyə edirdi.
Ötən gün «Daşnaksütyun» partiyasından olan Tadevos Avetisyan Paşinyanın bu fikirlərinə diqqət çəkərək, işsiz ermənilərin müdafiəsinə qalxıb. “News.am” saytına danışan Avetisyanın fikrincə, bu gün ölkədəki işsiz ermənilər divanlarında yatmırlar, iş və yoxsulluq vəziyyətindən necə çıxmaq barədə düşünürlər: “İş yerlərinin və lazımi dövlət dəstəyinin olmaması səbəbindən onlar hələ də iş tapa bilmirlər”. Bu gün ölkədə bir sıra xarakterik və geniş yayılmış sosial problemlərin həll edilmədiyini bildirən erməni siyasətçi bunu «kortəbii iqtisadi siyasətin» nəticəsi kimi dəyərləndirir.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
28.01.2020
Ermənistanda restoranda 9 nəfər dəm qazından zəhərlənib
28.01.2020
Putin “BMTTŞ”-nın daimi üzvlərinə sammit təklif etdi
27.01.2020
Paşinyana kəskin nevroz diaqnozu qoyuldü
27.01.2020
“Ermənistanda növbəti spontan etirazların baş qaldıracağı istisna olunmur”
26.01.2020
“Paşinyan düşmənçilik toxumu səpmək üzrə bənzərsiz bir istedad sahibidir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info