Vətəndaşlara pulsuz hüquqi yardım xidməti uğurla davam edir
Tarix: 13.01.2020 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi ABŞ Dövlət Departamentinin dəstəyi ilə qanunun aliliyi layihəsini həyata keçirir. Layihə əhalinin peşəkar hüquqi xidmətlərə çıxışının artırılması səylərini dəstəkləyir.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində dörd regional hüquqi yardım mərkəzi açılıb. Bu təşəbbüs Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilib. Əməkdaşlıq nəticəsində Bərdə, Qəbələ, İmişli və Masallıda mövcud “ASAN xidmət” mərkəzlərində ötən ilin fevralından etibarən pulsuz hüquqi yardım mərkəzləri fəaliyyət göstərir. 2019-cu ilin sonunadək mərkəzlərə müraciət edən 2550 nəfərə hüquqi xidmət göstərilib.

Müraciət edənlərin 30 faizi qadın, 70 faizi kişi olub. Müraciətlərin 29 faizi məhkəmələrlə bağlı məsələlər olub. Ötən il göstərilən hüquqi yardımın təhlili göstərir ki, müraciətlərin 16 faizini bank kreditləri, 26 faizini mülkiyyət və mirasla bağlı, 18 faizini ailə, 15 faizini əmək və sosial müdafiə ilə bağlı məsələlər təşkil edib. Bundan başqa, digər müraciətlər miqrasiya hüququ, vergi qanunvericiliyi, kommunal xidmətlər, vətəndaşlıq və qeydiyyat, inzibati işlər kimi müxtəlif sahələri əhatə edib.
Müraciət edən vətəndaşlar onlara göstərilən pulsuz hüquqi yardımın səviyyəsindən razı qalıblar. Layihədə nəzərdə tutulduğu kimi, ərizəçilərə inzibati və məhkəmə icraatı üçün xərclənən məbləğlər də geri qaytarılıb. Mərkəzlərdə vətəndaşlara pulsuz hüquqi yardım xidməti hazırda uğurla həyata keçirilməkdədir.




 
Bölməyə aid digər xəbərlər
27.01.2020
Baş Prokurorluq və DİN Salyan sakininin polis zorakılığına məruz qalması haqda yayılanlara münasibət bildirib
27.01.2020
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində müşavirə keçirilib
27.01.2020
“Bakcell” növbəti dəfə Milli KSM Mükafatının qalibidir
27.01.2020
“İrəli” gəncləri Trabzonda keçirilən mübadilə proqramında iştirak edir
27.01.2020
Astarada 4 narkotacir saxlanıldı

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info