Kərimli erməni sevgisindən niyə əl çəkmir?
Tarix: 13.01.2020 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Ermənistanın aldığı yeni qırıcılardan az qala sevinclə söz açan AXCP sədri nədənsə Azərbaycan ordusunun arsenalında olan ən müasir silah-sursatları “unudur”

Radikal müxalifət zaman-zaman Azərbaycanın milli maraqları əleyhinə fəaliyyət göstərməsi, Anti-Azərbaycan dairələrin tapşırıqları ilə hərəkət etməsi ilə seçilib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası(AXCP), “milli şura” və bəzi mühacir qruplar bu cür anormal fəaliyyətləri ilə daha çox gündəmə gəlirlər. Məsələn, AXCP sədri Əli Kərimli utanmadan dəfələrlə Azərbaycan torpaqlarını işğal altında saxlayan və yoxsulluq içində çabalayan Ermənistandakı iqtisadi, eləcə də siyasi prosesləri öyüb. Halbuki, Ermənistan mətbuatını azdan-çoxdan izləyən hər bir şəxs aşkar görər ki, illərlə bu ölkənin yalnız ziyalıları, siyasət adamları deyil, elə dövlət qurumları-statistika komitəsi də Ermənistandakı ağır iqtisadi durum səbəbindən miqrasiya problemlərinin artdığını açıqlayır... Ermənilər ölkələrindəki ağır durumdan bezib kütləvi halda mühacirət edir, özləri sosial-iqtisadi vəziyyətlərinin ağır durumda olduğunu deyir, amma bizim radikallar əksini təbliğ edirlər. İş o yerə çatıb ki, AXCP sədri ard-arda işğalçılığı ilə öyünən bir ölkənin ordusundakı quruculuq, uğurlar barədə statuslar paylaşır. Ordusu Xocalı kimi soyqırımını törətməklə tanınan ölkəni tərif etmək özünü siyasətçi sayan birisi ən yüngül halda rüsvayçıdır. Hansı güclü erməni ordusundan, quruculuqdan bəhs edə bilərsən ki, adamlar özləri ölkələrində ordunun Azərbaycan ordusundan dəfələrlə zəif olduğunu etiraf edirlər. Bununla bağlı ötən il də dəfələrlə açıqlamalar yayıldı, Aprel döyüşlərindən sonra belə, Ermənistan ordusunda ciddi dəyişikliklərin olmadığı etiraf edildi. Az qala sevinclə 2019-cu ildə Ermənistanın aldığı yeni qırıcılardan söz açan AXCP sədri görünür Azərbaycan ordusunun arsenalına verilən ən müasir silah-sursatları, hava hücumundan müdafiə sistemlərini, yeni vertolyot və qırıcıların alınmasını “unudub”... Hələ o məsələni demirəm ki, Ermənistanın bu qırıcı olayından sonra Azərbaycanın ən müasir qırıcıların alınması ilə bağlı danışıqlara başlaması ilə bağlı yayılan məlumatı da nədənsə “peşəkar” siyasətçinin yadından çıxıb! Halbuki bu xəbər Ermənistan mətbuatında da geniş yayıldı və onlar Azərbaycanın silahlanmada heç vaxt Ermənistandan geridə qalmayacağını dolayısı ilə etiraf etdilər... Yəni bütün bu oyunlar, milli maraqlarımıza zidd erməni sevdası, siyasi xal toplamağa hesablanmış uydurulmuş ya da şişirdilmiş məlumatlar nəyə lazımdır axı? Yaxud da kimə, nəyə işləyir bu cür fəaliyyətlər?! Bir neçə gün ərzində ardıcıl iki status yazıb Ermənistanı göylərə qaldırmaq, “acından ölən” sözünü dırnaq içində yazıb kinayə ilə məsələyə reaksiya vermək cəmiyyətimizdə sənə simpatiyamı yaradacaqdı? “Bizim qırıcı təyyarə və döyüş vertolyotlarının çoxu xeyli köhnəlib. Məsələn, hətta Rusiya həmin model qırıcı təyyarələri (kiçik istisnalarla) köhnəldiyinə görə 2020-ci ilin sonuna qədər Hərbi Hava Qüvvələrinin arsenalından çıxarmağa çalışır”- deyən birindən proseslərə hansı peşəkar yanaşmanı gözləmək olardı.
Əvvəla heç də deyildiyi kimi bizim vertolyot və təyyarələrimiz köhnə sistemlə işləmir yaxud da köhnə deyillər! Əksinə, “köhnə” dediyiniz o vertolyotlarda son ana qədər döyüşən şəhid pilotlarımız Aprel döyüşlərində nə cür uğurlu əməliyyatlara dəstək vermişdilərsə, hazırda nəticəsi də göz önündədir. Hələ də bizə bu yüksəkliklər, mövqelər, Cocuq Mərcanlı lazım deyildi deyirsiniz... İkincisi isə görün adam ictimaiyyətdə qıcıq yaratmaq üçün nə cür uğursuz müqayisə aparır ki, nəinki silah –sursat, elə hərbi təyyarə və qırıcılar üzrə dünya liderlərindən olan bir ölkə ilə Azərbaycanı müqayisə edir. Adamın düşüncəsinə baxın-onlar bəzi modelləri yeniləyir, arsenallarından çıxarırlar biz yox! Rusiyanın hansı super güclərlə mübarizə apardığını, müasir silahların yaradılmasında liderlərdən biri olduğunu xatırlatmağa ehtiyac yoxdur. Rusiyanın hərbi potensialı hər kəsə bəllidir. Yəni hər üç-beş ildən bir modellərin yenilənməsi Rusiya dövləti üçün adi haldır. İndiki halda son illərdə Azərbaycan ordusunda aparılan uğurlu quruculuq, maddi-texniki bazanın gücləndirilməsi işlərini görməzdən gələn biri Azərbaycanı birdən-birə Rusiya olmağa çağırır, ya da belə potensiala malik olmamaqda suçlayır. Ermənistan “İsgəndərləri”ni də öyən AXCP sədri buna cavab olaraq Azərbaycanın aldığı raketləri və digər silahlanma işlərini yenə görməzdən gəlib. Uzun sözün qısası öz ölkəsində görülən işlərə qara eynəklə baxan birindən bundan savayı status və yanaşma gözləməyə dəyməz...

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.01.2020
“Qara Yanvar” Azərbaycanın müstəqilliyinə gedən yolda dönüş nöqtəsi oldu
19.01.2020
Elçin Quliyev İran Sərhəd Qoşunlarının komandanı ilə görüşüb
18.01.2020
Cənubi Qafqaz: regional əməkdaşlıq üçün imkanlar və problemlər
17.01.2020
ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcək
17.01.2020
1990-cı ilə qədər amerikalılar Azərbaycan haqqında çox şey bilmirdi

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info