Magistraturaya qəbul olmaq istəyən bəzi bakalavrlar qabiliyyət imtahanı da verəcəklər
Tarix: 14.01.2020 | Saat: 10:40:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”na dəyişiklik edib.

Trend-in məlumatına görə, hazırda magistraturaya qəbul imtahanları iki mərhələdə aparılır. İmtahanın I mərhələsində ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi, II mərhələdə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi həyata keçirilir.
Qaydalara edilən yeni dəyişikliklərdə beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulur.
Dəyişikliyə əsasən, magistraturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən bir mərhələdə mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçiriləcək.
Yeni dəyişikliklərə əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.
Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.
Qaydalarda elmi təşkilatın magistraturasının ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrların ixtisaslaşma seçimindən əvvəl Mərkəz tərəfindən müəyyən edilən vaxtda qeydiyyatdan keçməsi və həmin təşkilatda müsahibədə iştirak etməsi, yalnız müsahibədən “məqbul” qiymət alan bakalavrların ixtisaslaşma seçimi zamanı elmi təşkilatın magistratura ixtisaslaşmalarını seçə bilməsi ilə bağlı bənd ləğv edilib.




 
Bölməyə aid digər xəbərlər
27.01.2020
BMU aliminin yeni ixtirası ABŞ-da patent alıb
27.01.2020
Beynəlxalq reytinqdə lider - UNEC
27.01.2020
Korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb
27.01.2020
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27.01.2020
BANM ilə Fransanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info