Bakıda “Vətənpərvərlik kinosu həftəsi”nə start verilib
Tarix: 14.01.2020 | Saat: 10:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə milli müstəqilliyimizin bərpası istiqamətində mühüm səhifə olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Vətənpərvərlik kinosu həftəsi” keçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata əsasən, yanvarın 17-dək keçiriləcək kino həftəsi çərçivəsində Vətən yolunda canlarını fəda edən Azərbaycanın Milli qəhrəmanlarına və onların döyüş yoluna həsr edilmiş filmlər göstəriləcək və yaradıcı heyətlə görüş olacaq.
Qeyd edək ki, artıq üçüncü ildir həyata keçirilən bu layihənin əsas məqsədi əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik nümayiş etdirən Azərbaycanın Milli qəhrəmanlarını gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.
Yanvarın 13-də Binəqədi Mərkəzi Mədəniyyət evində Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidova həsr olunmuş “Aprel yüksəkliyi” filmi (rejissor Zamin Məmmədov), Müşfiqabad qəsəbə Mədəniyyət evində Azərbaycanın Milli Qəhrəmanı Vüqar Hüseynova həsr olunmuş “Nakam tale” filmi (rejissor Taleh İsmayılov), Nardaran qəsəbə Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Hidayət Rüstəmova həsr olunmuş “Mirpaşa” filmi (rejissor Emin Əfəndiyev) nümayiş olunub.
Film nümayişləri dövlət himninin səslənməsi ilə başlanıb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində təqdim edilən filmlərin nümayişi Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən müxtəlif mədəniyyət müəssisələrində baş tutacaq.
Filmlərə giriş sərbəstdir.




 
Bölməyə aid digər xəbərlər
28.01.2020
“Grammy” musiqi mükafatları təqdim olundu
27.01.2020
Mirtəqəvi Hüseyn fenomeni
27.01.2020
“Bu dəvət Beynəlxalq “Fəcr” Teatr Festivalı rəhbərliyinin Azərbaycan teatrına olan hörmətidir”
26.01.2020
İrəvan xanlığının bölgə mətbəxi haqqında kitab
26.01.2020
“Anladım ki, artıq bu ölkədə müsəlman olaraq qala bilməyəcəyəm“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info