Bakıda yeni klinikanın açılışı olub
Tarix: 14.01.2020 | Saat: 11:02:00 | E-mail | Çapa göndər


"AZE Medical Center" ödənişsiz tibbi aksiyalar həyata keçirəcək


Bakıda peşəkar həkimlərin fəaliyyət göstərdiyi və ən müasir avadanlıqlarla təchiz edilmiş "AZE Medical Center" özəl klinikasının açılışı olub. Açılış tanınmış səhiyyə adamları ilə yanaşı media və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə baş tutub. Klinikanın təsisçi və direktoru Zahir Babayev çıxış edərək qonaqları salamlayıb və bildirib ki, kollektivin ən böyük məqsədi sağlam gələcəyə gözəl və yüksək səviyyədə xidmət göstərməkdir: "Bunun üçün də biz, klinikamıza Azərbaycanın seçilmiş həkimləri ilə yanaşı, xaricdən də həkimlər cəlb etmişik. Belə ki, klinikamızda İrandan dəvət olunmuş 4 həkim fəaliyyət göstərəcək". Z. Babayev deyib ki, "AZE Medical Center" Azərbaycanın bölgələrində ödənişsiz tibbi aksiyalar həyata keçirəcək: "Belə aksiyalardan birincisi isə yanvar ayının 26-da Ağsu rayonunda baş tutacaq. Növbəti mərhələdə isə Lənkəran rayonu nəzərdə tutulub. Bizim şüarımız da məhz belədir ki, "Biz sizin ayağınıza gəlirik!".
Klinikanın direktoru daha sonra sözü səhiyyə mərkəzində vətəndaşlara xidmət göstərəcək iranlı Prof. Dr. uzman pediatr Ali Basirə verib. A. Basir çıxışında özünü vətənində hiss etdiyini bildirib. O, eyni dili danışan insanlarla işləmək və onlara xidmət göstərməkdən məmnunluğunu dilə gətirib. Daha sonra klinikanın baş həkimi və astma mərkəzinin direktoru Coşğun Məmmədli çıxış edib və klinikanın fəaliyyət istiqamətləri haqqında məlumat verib. O bildirib ki, "AZE Medical Center"da mamaginekologiya (buraya hamiləlik təqibi, qadın xəstəlikləri, sonsuzluğun müalicəsi, kolposkopiya və ginekoloji usm daxildir), mammalogiya, endokrinologiya, urologiya, andrologiya, pediatriya, terapiya və revmatologiya sahələri üzrə yüksək səviyyəli peşəkar tibbi xidmət göstərilir: "Pulmonologiya sahəsində astma mərkəzini önə çıxaracağıq. Astma və allergiya mərkəzi olaraq düşünürük. Məqsədimiz xalqımıza daha peşəkar və yenilikçi xidmət göstərməkdir. Arzu edirik ki, heç kim xəstələnməsin. Amma belə olan halda da peşəkarlara müraciət etmək lazımdır ki, xəstəlik klinikada qalsın". Tədbirdə qonaq qismində iştirak edən Azərbaycanın tanınmış uroloq-androloqu Araz Bayramov da klinikanın açılışını əlamətdar hadisə kimi qiymətləndirib: "Əminəm ki, bu klinikada çalışan həkimlər və tibbi heyət vətəndaşlarımız üçün yüksək səviyyədə tibbi xidmət göstərəcəklər. Hər bir insanın sağlamlığı cəmiyyət və dövlətin üzərinə düşən zəruri funksiyalardan biridir. Bu cəhətdən belə klinikaların artması da ümumi inkişafın göstəricilərindəndir. Klinika ilə tanış oldum, çox yüksək keyfiyyətli tibbi avadanlıqlarla təmin olunub. Uğurlar arzulayıram". Sonda tədbir iştirakçıları klinikanın imkanları ilə yaxından tanış olublar. Qeyd edək ki, Klinikada müxtəlif vaksinlərin müalicəsi ilə yanaşı pulmonologiya sahəsi də fəaliyyət göstərir ki, burada spirometriya(tənəffüs testi) və allergik rinitlərin şüa müalicəsi həyata keçirilir. Səhiyyə mərkəzi ən müasir avadanlıqlarla kardiologiya və nevrologiya sahələrində müayinə və müalicəyə də şərait yaradır. "AZE Medical Center"da keyfiyyətli müayinələr həyata keçirmək üçün müasir biokimya, hemotologiya, mikrobiologiya, immunologiya, serologiya və potohistologiya laboratoriyaları da fəaliyyət göstərir.
Klinika Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsində, 7 A ünvanında yerləşir.
Əlaqə nömrələri: 012 567 34 00
012 567 49 00
012 567 89 10






 
Bölməyə aid digər xəbərlər
20.01.2020
İranda bir sıra məhsullara vergilər artırıldı
19.01.2020
Azərbaycanda dəniz yük daşımalarının həcmi artıb
18.01.2020
Azərbaycanda dəmiryolu yükdaşımalarının həcmi artıb
18.01.2020
Boeing 737 Max təyyarələrin daha bir zəifliyini aşkar etdi
18.01.2020
Keçən il 18,1 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info