Sergey Markov: “Beynəlxalq müşahidə missiyasının tərkibində Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcəm“
Tarix: 14.01.2020 | Saat: 12:41:00 | E-mail | Çapa göndər


Beynəlxalq müşahidəçilərdən ibarət missiyanın tərkibində Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəm. Bunu secki-2020.az saytına açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib. O bildirib ki, təmsil olunduğu “Vədəndaş dialoqu” missiyası dünyanın müxtəlif ölkələrində keçirilən seçkilərdə müşahidəçi qismində iştirak edir. Bu missiyanın tərkibində Almaniya, Fransa, İtaliya, Avstriya, Polşa kimi ölkələrin nümayəndələri də təmsil olunur. Eyni zamanda, rusiyalı müşahidəçilərdən ibarət nümayəndə heyətinin də Azərbaycana səfərinin nəzərdə tutulduğunu qeyd edən S.Markov deyib: “Bu nümayəndə heyəti Dövlət Dumasının deputatları, Federasiya Şurasının, İctimai palatanın üzvləri və nüfuzlu ekspertlərdən ibarətdir. Azərbaycan parlamentinin tərkibində ciddi dəyişikliyin olacağına, daha fəal mövqeyi olan insanların seçiləcəyinə inanıram. Ümid edirəm ki, birlikdə işlədiyimiz, o cümlədən AŞPA-dakı dostlarımızı yeni çağırış məclisdə görə biləcəyik”.




 
Bölməyə aid digər xəbərlər
27.01.2020
“Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması ölkəmizin növbəti qələbəsidir”
27.01.2020
Mixail Şvıdkoy: İnanıram ki, Azərbaycan xalqı parlament seçkilərində də doğru seçim edəcək
27.01.2020
MSK sədri: Çalışırıq ki, namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin
27.01.2020
“Namizədliyini geri götürənlərin seçki bülletenlərində adının üstündən xətt çəkiləcək”
26.01.2020
Sabah seçki bülletenlərinin çapına başlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info