Müxalifət seçkidə uduzacağını sosial şəbəkədə açıq etiraf etdi
Tarix: 19.09.2013 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Müsavat Partiyasının başqanı İsa Qəmbərin müşavirləri ayrı-ayrı vaxtlarda müxalifət düşərgəsini ciddi tənqid etmələri ilə yadda qalıblar. Lakin bir aya yaxındır ki, “xüsusi tapşırıq” alan müşavirlər və funksionerlərin əksəriyyəti susqunluq mövqeyi sərgiləyirlər. Lakin Müsavat başqanının müşaviri Səxavət Əlisoy sosial şəbəkələrdəki 25 günlük susqunluğunu pozdu. Səxavət Əlisoy müxalifətin seçkilərə hazırlığına yenə də bədbin proqnoz verdi.
S.Əlisoy müxalifəti oktyabrda keçiriləcək seçkilərdən əl üzərək 2015-ci il parlament və 2018-ci ildəki növbəti prezident seçkilərinə hazırlaşmağa çağırıb.
Bu barədə öz “Facebook” səhifəsində yazan S.Əlisoy bunları qeyd edib:
“Müxalifətin intellektual kəsiminə!
25 günlük “Facebook” orucunu pozmağıma tək bir səbəb var. Reallıq! Daha dürüstü əlahəzrət reallıq! Və bu reallıq elə bir nəsnədir ki, onu nəinki rəqiblər, hətta həmfikirlərin bir çoxu həzm edə bilmir. Bu iqtidara müxalif qüvvələrin durumu göz önündədir. "Narıncı inqilabdan", "ərəb baharından" havalanmaların məlum səbəblərdən Azərbaycanda işə yaramadığı göz önündədir.
Prezident seçkisinə 3 ay qalmış meydana girməyin nəticəsi əslində başını sutkada 10 dəqiqə çalışdıranlara da bəllidir. 4 il 9 ay ərzində vahid bir beyin mərkəzi yarada bilməyən və birləşməyə nail olmayan müxalifətin mövcud siyasi şərtlərin diqtəsində ciddi nəticə ortaya qoymasına ümid etmək olar, ancaq inanmaq olmur. İndi çoxları "növbəti məğlubiyyət uğrunda" mübarizə apardığının fərqindədir və bu "mübarizənin" xəyal qırıqlığı yaranmasında çox mühüm rolu var”.
Qeyd edək ki, “milli şura”da təmsil olunan Müsavat Partiyasının funksionerlərindən bu tip açıqlama və bəyanatların bir neçə dəfə şahidi olmuşuq. Maraqlısı isə budur ki, eyni fikirləri bölüşüb bəyanat verən Açıq Cəmiyyət Partiyasının(ACP) lideri Rəsul Quliyevə qarşı elə ən çox da müsavatçılar hücuma keçirlər. Qısası, belə bəyanatların müxalifət daxilindən gəlməsi bir daha onu göstərir ki, onlar seçkilərdə yarıtmaz fəaliyyətləri ucbatından uduzacaqlarını bilib pessimizmə qapılıblar. İndi də bunu sosial şəbəkələrdə açıq-aşkar etiraf edirlər. İsa Qəmbərin müşavirinin xəyal qırıqlığına uğraması isə əslində elə ümumilikdə düşərgənin də oxşar durumda olmasını isbatlamış olur.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Öz vətənimdə dünya çempionu oldum”
24.09.2018
Azərbaycanda dövlət-din münasibətləri bütün dünyaya örnək olmalıdır
24.09.2018
Ermənistan atəşkəs rejimini 89 dəfə pozub
22.09.2018
Prezident İlham Əliyev Milli Gimnastika arenasında yarışlara baxıb
22.09.2018
Neftin qiyməti bahalaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info