Ötən il DOST iş mərkəzləri tərəfindən 38 min iş yeri yaradılıb
Tarix: 14.01.2020 | Saat: 14:20:00 | E-mail | Çapa göndər


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan DOST Agentliyi fəaliyyətə başlayıb. Ötən il mayın 9-da birinci DOST Mərkəzi, dekabrın 24-də ikinci DOST Mərkəzi istifadəyə verilib. Cəmi səkkiz ay ərzində birinci DOST Mərkəzində 63 min müraciət qəbul edilib və ümumilikdə vətəndaşların məmnunluq səviyyəsi 95,2 faizə bərabər olub.
Bu məlumatlar yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə səslənib.
Bu barədə danışan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev öz çıxışında qeyd edib: “DOST mərkəzlərində konsepsiyaya uyğun olaraq könüllülük proqramları geniş vüsət alıb. Orada həm “Gənc DOST” könüllü proqramı, həm də ahıl şəxslər üçün “Gümüşü DOST” və “Virtual DOST” proqramları icraya verildi. Cəmi 6 ay ərzində 6900 könüllü bu proqrama müraciət edib. Onlardan 250 nəfər bizim mərkəzlərimizdə fəaliyyətə başlayıb. Sizin digər bir təşəbbüsünüzlə başlayan digər bir geniş proqram haqqı ödənilən ictimai işlər proqramıdır. Bununla bağlı ötən il DOST iş mərkəzləri tərəfindən 38 min iş yeri yaradıldı. Burada 45 mindən artıq vətəndaşımızın müvəqqəti məşğulluğu təmin edildi. Dövlət müəssisələri tərəfindən 28 min iş yeri yaradıldı. Bu proqramların icrası nəticəsində çox böyük bir kəsim, yəni, faktiki olaraq 64 min insanın il ərzində məşğulluğu təmin edildi”.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
Azərbaycan dövləti bütün şəhid ailələrinə diqqət və qayğı göstərir
25.01.2020
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard manatı ötüb
25.01.2020
Azərbaycana 20 irimiqyaslı işgüzar tədbir cəlb ediləcək
24.01.2020
Avtomobillərin nömrələrini gizlədən sürücülər 500 manat məbləğində cərimələnib
24.01.2020
Dövlət Gömrük Komitəsi Akademiyasının yaranmasının 8 ili tamam olur

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info