İsrailli siyasi texnoloq: “Azərbaycanın təkmilləşmiş seçki sistemi bütün region üçün nümunədir“
Tarix: 14.01.2020 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə ciddi islahatlar aparılır. Əlbəttə ki, qanunverici orqan olaraq parlamentin də bu islahatlarla ayaqlaşmaq istəyi təbiidir. Struktur və kadr dəyişiklikləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında aparılan gəncləşmə siyasəti insanlar tərəfindən hər zaman müsbət qiymətləndirilir”. Bunu secki-2020.az saytına açıqlamasında israilli siyasi texnoloq Yuriy Boçarov deyib.
Onun sözlərinə görə, deputatlığa namizədlərdən daxil olmuş müraciətlərin təhlili ölkədə demokratik seçki mühitinin olduğundan xəbər verir. “Hər bir deputat mandatı uğrunda mübarizədə namizədlərin sayının çoxluğu ölkədə şəffaf seçki mühitini və parlamentin yüksək nüfuza malik olduğunu göstərir. Bu, həm də o deməkdir ki, insanlar qanunun aliliyinə və layiqli namizədlərin ölkənin qanunverici orqanına seçiləcəyinə inanırlar”. Y.Boçarov bildirib ki, Azərbaycanın kifayət qədər təkmilləşmiş seçki sisteminin olması, habelə insanların iştirak etmək istəyi təkcə ölkə üçün deyil, bütün region üçün nümunədir: “Azərbaycanda təkmil seçki sistemi, seçicilərin siyahısının onlayn yayılması, seçki məntəqələrində videokameraların quraşdırılması şəffaflıq göstəricisidir”.




 
Bölməyə aid digər xəbərlər
27.01.2020
Heç bir ölkə İranın bu qədər davam gətirəcəyini düşünmürdü
27.01.2020
“Könüllülərimiz müxtəlif dövlət orqanlarında işlə təmin olunublar”
26.01.2020
“Avropa ABŞ-ın icazəsi olmadan bir addım belə ata bilmir“
25.01.2020
“Avropa Şurasının parlament seçkiləri keçirilməmiş rəylər paylaşması qəbuledilməzdir”
25.01.2020
Dünya İqtisadi Forumunun Bakıda regional mərkəzinin yaradılması Azərbaycanın böyük uğurudur

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info