Paşinyanın iş yeri yalanı
Tarix: 14.01.2020 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


«Sputnik Armenii»: “Ermənistandakı iş adamları hansı uğurları ilə yadda qalıblar ki, onlardan cari ildə müsbət biznes fəaliyyəti gözlənilsin?”

Ermənistan baş naziri yenə şəxsi «Facebook» səhifəsində bu dəfə erməni iş adamlarını tərifləyib, onların potensial və bacarıqlarını yüksək qiymətləndirib. O, 2020-ci ildə Ermənistanda iqtisadi fəaliyyətin böyüməsində onların böyük əməyinin olacağını bildirib.
Maraqlıdır ki, Paşinyan bu qənaətə şəxsi təhlilləri hesabına gəldiyini gizlətməyib. Nikola görə, məhz bu müsbət məziyyətlərinə görə Ermənistandakı iş adamlarına mane olmaq, onları incitmək, sındırmaq olmaz. Çünki onlar yaxınlarda “dünyanı zəbt” edəcəklər. Nəyin hesabına, əlbəttə ki, öz istedadları hesabına. Paşinyan dediklərinə heç kəsin şübhə etməməsini də tövsiyə edir.
Qeyd edilməlidir ki, Nikolun erməni iş adamları barədə səsləndirdyi fikirləri onların həvəsləndirilməsinə hesablandığını bildirən «Sputnik Armenii» saytı baş nazirin ötən il üçün olan məlumatları və cari ilin proqnozlarını müqayisə etdikdən sonra bu qənaətə gəldiyinə təəccübünü gizlətmir. Sayt, təbii ki, əksər erməni iş adamlarının istedadının şübhə doğurduğunu elementar bir həqiqət kimi təqdim edir: “Sual olunur, son bir ildə Ermənistandakı iş adamları hansı uğurları ilə yadda qalıblar ki, məhz elə bu mənada onlardan cari ildə müsbət biznes fəaliyyəti gözlənilsin?”. Sayt öz şəxsi qaynaqlarına istinad edərək ölkə iş adamlarının qazandıqları pulları hansı yolla əldə etmələrinin qaranlıq qaldığını qeyd edib.
Xatırlamaq yerinə düşər ki, hər dəfə çıxışları zamanı ölkədə yeni iş yerlərinin açılması ilə bağlı yalan məlumatla xalqı “müjdələyən” Paşinyan ötən ilin noyabrın əlavə 80 min yeni iş yerinin açıldığını bildirmişdi. Təbii ki, bu Nikolun yeni yalanlarında biri olsa da, bunu ciddi kimi 80 yox, lap elə 180 min dramlıq maaşla 60 min yeni iş yeri kimi qəbul etsək, bunlardan ölkə büdcəsinə gələn gəlir 2,5 milyard, ilin sonuna qədər isə 30 milyard dram olmalıdır. Bir halda ki, Ermənistanın büdcə gəlirlərinin üçdə birini sadə xalq ödəyirsə, bu halda iş adamlarının Paşinyan tərəfindən təriflənməsinə nə ehtiyac var? Saytın etirafına görə, bənzər suallar çox olsa da, cavabların azlığı, Ermənistanda iş adamlarının potensialı ilə bağlı nikbin fikirlər bölüşməyə imkan vermir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
28.01.2020
Ermənistanda restoranda 9 nəfər dəm qazından zəhərlənib
28.01.2020
Putin “BMTTŞ”-nın daimi üzvlərinə sammit təklif etdi
27.01.2020
Paşinyana kəskin nevroz diaqnozu qoyuldü
27.01.2020
“Ermənistanda növbəti spontan etirazların baş qaldıracağı istisna olunmur”
26.01.2020
“Paşinyan düşmənçilik toxumu səpmək üzrə bənzərsiz bir istedad sahibidir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info