Ermənilərin “Arsax” yalanı
Tarix: 14.01.2020 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Fuad HÜSEYNZADƏ |

Azərbaycan dövləti üçün Dağlıq Qarabağ məsələsi prioritetdir. Ayrıca bu problem hər bir azərbaycanlının ağrısıdır. Buna görə də hər birimiz qarabağlıyıq deyibən işğal faktorunun aradan qaldırılması, erməni yalanlarının ifşa olunması üçün əlimizdən gələni etməliyik. Çünki artıq ermənilər məqsədli şəkildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaradılmış qondarma qurumu “Arsax” adı ilə siyasi, hüquqi və elmi sahələrdə tanıtmağa çalışırlar. Bu adda qida məhsulları, suvenirlər, poçt markaları, geyimlər və s. istehsal edib xarici bazarlara çıxarmağa cəhdlər edirlər.
Eyni zamanda Qarabağdan turizm bölgəsi olaraq öz məqsədləri üçün istifadə edirlər. Məsələn, bu gün “globespots.com” saytında “Arsax” Top 10-luqda 6-cıdır. Nə qədər qeyri-qanuni sayılsa da, onlar Dağlıq Qarabağda kütləvi tədbirlər keçirir və xarici ölkələrdən qonaqlar dəvət edirlər. Hər keçirilən tədbir və ya görüş də xarici mediada işıqlandırılır. Qondarma rejimin “hesabatları” yayılır. Həmçinin, ermənilər öz separatçı təbliğatlarını sosial şəbəkələrdə, xüsusən də “Twitter”də daha çox yayırlar.
Diqqət çəkən məqam odur ki, ermənilər ötən ildən bu istiqamətdə daha aktiv və kütləvi şəkildə fəaliyyət göstərir. Bunun da səbəbi odur ki, ifrat irqçi, ABŞ-ın Kaliforniyan ştatının Qlendeyl şəhərinin keçmiş meri Zareh Sinanyan Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Ermənistanın diaspor işləri üzrə müvəkkili təyin edilib. Bu vəzifə 2019-cu ilin iyun ayında Ermənistanın diaspor üzrə nazirliyin ləğvindən sonra yaradılıb. 1988-ci ildən Kaliforniyada yaşayan Zareh Sinanyan özünün “YouTube” səhifəsində bir sıra etnik qrupları və xalqları təhqir edən, islamofob və cinsi qruplara qarşı mənfi şərhlər yerləşdirən birisidir. Zareh Sinanyan dəfələrlə Azərbaycanın işğal olunmuş torpaqlarına səfər edib və qondarma “DQR”-dan olan nümayəndələri Kaliforniyada qəbul edib. O, hətta Qlendeyl şəhərində küçələrdən birinə “Arsax” adının verilməsini belə, bacarıb. Onu da qeyd edək ki, Zareh Sinanyan Gürcüstanın Cavaxetiya bölgəsində ermənilərin separatizm meyllərini dəstəkləməyi ilə də tanınır.
Paşinyandan belə bir təxribatçını, şovinisti vəzifəyə gətirməsi gözlənilən idi. O, öz xislətinə uyğun olaraq bu vəzifəyə adam seçib. Paşinyanın Zareh Sinanyanı belə vəzifəyə gətirməkdə məqsədi Ermənistanın diaspor siyasətini gücləndirməkdir. Məsələ ondadır ki, Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində Ermənistan beynəlxalq müstəvidə işğal faktına görə sıxışdırılır. Buna görə də onlar başqa taktika seçərək qondarma rejimin xaricdə təbliğatını gücləndirməyə çalışırlar. Bu işə erməni lobbisi planlı şəkildə hazırlaşıb. Zareh Sinanyan da bu fəaliyyətin önündə duraraq daha aktiv şəkildə iş aparır. Əlbəttə ki, bütün bunların da qarşısı alınmalıdır. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl siyasət həyata keçirir. Diaspor olaraq yeni strateji plan qurulmalı və erməni lobbisi ifşa etməlidir. Ən əsas da milli diaspor ermənilərin işğalçılıq siyasətini önə çəkməli, onların Dağlıq Qarabağda qeyri-qanuni əməllərini dünyaya yaymalıdır. Xüsusən, qondarma qurumun rəhbərlərinin separatist, cinayətkar fəaliyyətlərini dünyaya bəyan etmək lazımdır.
Ümumiyyətlə, güc birliyi nümayiş etdirib Ermənistanın işğalçılıq siyasətini ifşa etməliyik. Bu baxımdan informasiya müharibəsində böyük əks-səda verə bilən trendlər yaratmalıyıq. Bunun üçün əlimizdə kifayət qədər resurslar var. Biz Qarabağ məsələsi ilə bağlı təbliğat işini informasiya müharibəsi üzərindən aktiv aparmalıyıq. Bu müharibənin nə əvvəli var, nə sonu və ümumiyyətlə, sülhü də yoxdur...




 
Müəllifin son yazıları

23.09.2019 Milli maraqlara əsaslanan siyasətin nəticələri
11.04.2019 Ermənistanda “media soyqırımı”
12.02.2019 İnternet media zamanın tələbidir
30.08.2018 Diasporumuzun inkişafına yeni təkan
31.03.2018 Antimilli qüvvələrə qarşı aktiv güc birliyi

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info