Yaqub Mahmudov Beynəlxalq Atatürk Mükafatına layiq görülüb
Tarix: 15.01.2020 | Saat: 14:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Mükafat Komitəsinin 2019-cu il 20 dekabr tarixli qərarı ilə Beynəlxalq Atatürk Mükafatına layiq görülüb. Tarix İnstitutundan verilən məlumata görə, Yaqub Mahmudova bu mükafat türk dünyası elmi və təhsilindəki böyük xidmətlərinə görə verilib. Elmi Şuranın iclasında Tarix İnstitutunun elmi katibi İradə Əliyeva akademiyanın Beynəlxalq Mükafat Komitəsinin qərarını səsləndirib. O, mükafatın diplomu, döş nişanı və üzərində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün şəkli olan xatirə plaketini akademikə təqdim edib. Xatırladaq ki, Yaqub Mahmudov bundan əvvəl Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası elminə verdiyi böyük töhfələrə görə akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif edilib.




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
“Dədəm Qorqudun sözü” kitabının təqdimatı olub
19.02.2020
BMU tələbələri “Əsgərə salam” aksiyasına qoşulublar
19.02.2020
Milli Kitabxananın nəşrləri Tarix İnstitutuna təqdim edilib
19.02.2020
Bakı Ali Neft Məktəbinin tələbələri Malayziyada qlobal innovasiya yarışmasının qalibi oldu
19.02.2020
BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info