Eldar Namazov Rüstəm İbrahimbəyovu “baqaja qoydu”
Tarix: 19.09.2013 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


|

ilkinagayev@gmail.com


“Milli şura” “fədai”si əvvəllər “beyət” etdiyi Rüstəm İbrahimbəyovu yalançı çıxarmaqla baltanı lap dibindən vurdu...

“Milli şura”nı təşkil edən və onu cəmiyyətə “demokratik qüvvələrin qurumu”, özlərini isə “yüksək intellektuallar” və “demokratik”lər kimi sırımağa çalışan şəxslərin maskaları bu arada tamamilə yırtılıb. “Milli şura”nın Rusiyadakı əhli-kef sədri Rüstəm İbrahimbəyovun öz biabırçı davranışları və açıqlamaları ilə bu qurumun həmin yalançı imicini özü də bilmədən “bombalamasından” sonra orada hərtərəfli daxili didişmələr ən “intim” məqamları da faş edir. Belə ki, vaxtilə “milli şura”nın və onun yaradılması ideyasının “nüvə”sini təşkil edənlər də indi bir-birilərini fırıldaqçılıqda, yalanlar sırımaqda ittiham etməkdədirlər. Məsələn, vaxtilə “milli şura”nın əsas “fədai”lərindən olan “El” hərəkatının sədri Eldar Namazov artıq Rüstəm İbrahimbəyovu “baqaja” qoymağa başlayıb. Eldar Namazov BBC-yə müsahibəsində deyib ki, Rüstəm bəy özü inkar edirdi ki, Rusiya vətəndaşıdır: “Əgər özü belə deyirdisə, və informasiya agentlikləri də bunu təsdiqləyirdisə, mən buna necə inanmamalıydım?” O, daha sonra bir qədər də “irəli” gedərək “milli şura”dakı rəqibləri olan Müsavatla AXCP-dən danosbazlıq edib. E.Namazov BBC-yə bildirib ki, “Rüstəm İbrahimbəyovun vahid namizəd oması məsələsini çox uzatdılar”: “O, “milli şura” sədri olandan bir ay sonra vahid namizəd oldu. Bir ay gecikdi”.
Göründüyü kimi, Eldar Namazov həm İbrahimbəyovu, həm də Əli Kərimli və İsa Qəmbəri xarici KİV-də ittiham etməyə girişib. O, həm Rüstəm İbrahimbəyovu yalançı çıxarır, həm də Müsavat və AXCP-ni onun namizədliyinə mane olmaqda, qrup maraqlarından çıxış etməkdə və sair ittiham edir. Bu isə artıq digərləri kimi Eldar Namazovun da artıq oyundan çıxdığını və “milli şura” adlı “batan gəmi”dən vaxtından tez xilas olmağa çalışdığını, gəminin “kapitan”larını ağır və tələskən bir şəkildə ittihamlara buladığını ortaya qoyur. Bu cür ittihamlar həm də “milli şura”nın namizədinin oktyabrda keçiriləcək prezident seçkilərində tam məğlub olacağının etirafı kimi anlaşılmalıdır... Necə ki, bu cür ittihamlarla elə bu cür etirafı Rəsul Quliyev, Əli Kərimli, Lalə Şövkət, İsa Qəmbər, Rüstəm İbrahimbəyov və sairləri də ediblər. İndi də növbə Namazova çatdı. Namazov isə əvvəllər “beyət” etdiyi və həmişə “milli şura”da arxasını söykədiyi Rüstəm “bəy”i yalançı çıxarmaqla baltanı lap dibindən vurdu...





 
Müəllifin son yazıları

08.07.2014 Avtobus sürücüsündən ürkən turistlər...
16.12.2013 Vətəndaşlıq şüuru gücləndirilməlidir
01.11.2013 Ziyalı faciəsi…
14.10.2013 Sərdar Cəlaloğlu Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev kimiləri fakt qarşısında qoydu
03.09.2013 Platon şiə olub???

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
4 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
5 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info