“Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
Tarix: 16.01.2020 | Saat: 22:33:00 | E-mail | Çapa göndər



Kadrlara baxanda fikrimdə 3 ölkə təbiətinin harmoniyası canlanır: İsveçrənin əyləncəli soyuğu, qışda Kosta Rikanın can isidən günəşi və Çilinin əzəmətli görünüşə malik dağları.

APA TV-nin məlumatına görə, bura 2020-ci il üçün İslam Turizm paytaxtı seçilən Qəbələnin 4 kilometrliyində, 4191 metr hündürlükdə yerləşən və “Qəbələ Hotellər Qrupu”na daxil olan Tufandağ Qış-Yay Turizm Kompleksidir.
Yəni Azərbaycanın ən böyük turizm obyektlərindən biri və əyləncədə “tufan qoparmaq” istəyənlərin məkanı. Turizm məkanında müxtəlif növ ekstrim idman növləri qonaqların ixtiyarındadır.

Deyirlər, əyləncənin yaşı yoxdur. Böyüklü-kiçikli hər kəs adrenalin yaşamaq, istirahətin dadını çıxarmaq üçün bura gələrək əylənir.

Yerli camaatla yanaşı, xarici turistlər də istirahət mərkəzinə gələn qonaqlar sırasındadır.

Ən yüksək yerdən təbiətin gözəlliyini görmək və adrenalin yaşamaq istəyənlər isə kanatlara üz tutur. Elə bizim kimi...

Kanat xətlərinin uzunluğu 6 kilometrə bərabərdir. Bunlar Riverside, Qəbələ, Duruca və Yatmış Gözəl kanat yollarıdır. 4 stansiyadan ibarət olan kanatın ən uzun xətti 2 kilometrdir
Üz tuturuq növbəti yerə. Qapılar bağlanır, növbəti stansiya “Yatmış gözəl”.
Məkan çox səs-küylü olsa da, bu, “Yatmış gözəl”in yuxusuna mane olmur.
Bundan başqa, Tufandağ Qış-Yay Turizm Kompleksində 15 kilometr uzunluqda xizək yolu mövcuddur.
Bu cür adrenalin dolu əyləncələrdə təhlükə qaçılmazdır. Xüsusi xilasetmə qrupları həmin təhlükələri dəf etmək üçün iş başında ayıq-sayıq vəziyyətdədirlər.

Keçək istirahət və əyləncə üçün məkan axtarışında olanları maraqlandıran qiymətlərə.

Ötən ilə nisbətən bu il qiymətlər ucuzlaşıb. Xizək biletinin qiyməti keçən il 30 manat idisə, bu il 25 manatdır. Bundan əlavə, kompleksdəki xizəkçilik mərkəzi digər ölkələrdəki mərkəzlərdən ucuzdur. Gürcüstanda 20 dollar, Avropada 10 avroyadırsa, Azərbaycanda 20 manatadır.

O ki, qaldı gələn istirahət mərkəzinə gələn qonaqlara…

Ötən il Qəbələyə 250 mindən çox turist gəlib. Bunların da 26 122-si yerli qonaqlardır.
Dövlət Turizm Agentliyi bu il Qəbələ mərkəz olmaqla ətraf 4 rayonu - Şamaxı, İsmayıllı, Oğuz rayonlarını əhatə edən destinasiya menecment təşkilatının yaradılmasını da nəzərdə tutur.
“Qəbələ Hotellər Qrupu” isə qonaqların əyləncəsini daha yaxşı təmin etmək üçün yeni addımlar atmağı planlaşdırır.
Belə... Çalışdıq istirahət mərkəzi haqqında sizə ətraflı olaraq məlumat verək. Qaldı sizin həmin məkana üz tutub, əyləncənin dadını çıxarmağınız.




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Öz həyatlarını risk altına ataraq, xəstələrə xidmət göstərən həkimlərimiz ən yüksək qiymətə layiqdirlər
29.03.2020
Martın 29-da saat 00:00-dan ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir
28.03.2020
Türkiyənin daha iki vilayətinin yaşayış məntəqələrində karantin rejimi elan olunub
28.03.2020
Prezidentin səsləndirdiyi “Biz birlikdə güclüyük” şüarı “Alov qüllələri“ndə! - VİDEO
28.03.2020
İlham Əliyev tibb işçilərini alqışladı - Video

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Fərqanə Mehmanqızı: “Sosial izolyasiyaya riayət etməyimiz ilk növbədə özümüzün, ailəmizin xeyrinədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info