Qorbaçovdan Nobel sülh mükafatını geri almaq hələ də gec deyil
Tarix: 17.01.2020 | Saat: 11:37:00 | E-mail | Çapa göndər


20 Yanvar faciəsi sadəcə yanvarın 19-dan 20-ə keçən gecə baş verən bir hadisə deyildi. 20 Yanvara Sumqayıt hadisələrindən başlayan və Xocalıda davam edən bir proses kimi baxmaq lazımdır.

Trend-in məlumatına görə, bunu bu gün ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə prosesi həyata keçirilirdi:
“Bu proses Dağlıq Qarabağda da baş verdi. Məhz Heydər Əliyevin Sovet rəhbərliyindən uzaqlaşdırılmasından sonra bu proseslər həyata keçirildi. 20 Yanvara hərbi nöqteyi-nəzərdən də baxmaq lazımdır. Bakının yad şəhər kimi işğalı planı hazırlanmışdı. Tank və digər birləşmələrdən istifadə edildi, yalnız artilleriya çatmırdı. Məqsəd insanları küçələrdə kütləvi şəkildə öldürmək idi”.

H.Hacıyev vurğulayıb ki, bu proses həm də informasiya blokadası şəraitində həyata keçirildi: “Xarici jurnalistlər Moskvada akkreditasiyada idi və Bakıya buraxılmamışdılar. Çox az sayda jurnalist fədakarlıq edərək Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə getdikdən və orada mətbuat konfransı keçirildikdən sonra beynəlxalq aləmdə fərqli mənzərə yarandı. Beynəlxalq mediada qeyd edildi ki, Bakıda faciə törədilib. Ancaq oktyabrın 15-də isə Mixail Qorbaçova Nobel sülh mükafatı verildi. Qorbaçovdan Nobel sülh mükafatını geri almaq hələ də gec deyil. Sovet hökumətinin istəyi Azərbaycan xalqının iradəsini qırmaq idi. Ancaq bu mümkün olmadı. Biz müstəqilliyə nail olduq. Müstəqilliyimizi qorumalıyıq. Bu isə çətin vəzifədir. Müstəqilliyimizin qorunması uğur hekayəsidir və Azərbaycan bir uğurdan digərinə keçir. Biz qürur duyuruq ki, 20 Yanvarda şəhidlərimiz müstəqilliyimiz uğrunda şəhid olublar”.




 
Bölməyə aid digər xəbərlər
22.02.2020
Xocalı soyqırımı insanlığa qarşı törədilən qanlı cinayətdir
22.02.2020
“Azərbaycanın hər sahədə Türkiyəyə göstərdiyi maraq göz önündədir”
22.02.2020
Amerikalı politoloq: Rəsmi Bakıya etimad yüksək səviyyədədir
21.02.2020
Amerikalı alim: Ətrafda qiyamət qopur, Azərbaycanda isə sakitlikdir
21.02.2020
“Rusiya ilə qarşıdurma yaratmaq niyyətimiz yoxdur”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info