20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilən ən qanlı hadisələrdən biridir
Tarix: 17.01.2020 | Saat: 11:38:00 | E-mail | Çapa göndər


20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilən ən qanlı hadisələrdən biridir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbirdə deyib.
E.Məmmədyarov bildirib ki, 20 Yanvar faciəsinin baş verməsinin müxtəlif səbəbləri var idi. Bu faciə ilə yanaşı, azərbaycanlılar azərbaycanlı olduqlarına görə Ermənistandan kütləvi şəkildə qovuldular.
Nazir vurğulayıb ki, bu hadisələrin arxasında müəyyən qüvvələr dayanırdı: “Guya sovet qüvvələri Azərbaycan xalqını qorumağa gəlmişdi. Lakin SSRİ Müdafiə naziri Dmitri Yazov sonradan bildirmişdi ki, onların əsas məqsədi sovet idarəçiliyini qorumaq, qeyri-kommunist, milli qüvvələri cəzalandırmaq idi. Onlar eyni zamanda bununla digər sovet ölkələrindəki milli qüvvələrə bir dərs vermək istəyirdilər”.
Nazir əlavə edib ki, 20 Yanvar faciəsi Azərbaycanda 70 illik sovet idarəçiliyini sona çatmasına səbəb oldu.
Xarici İşlər naziri Sumqayıt hadisələrinin baş verməsi səbəblərinə toxunub. Qeyd edib ki, bu hadisələrin arxasında müəyyən qüvvələr dayanırdı: “Sumqayıt hadisələri zamanı Eduard Qriqoryan şəxsən Sumqayıtda 6 ermənini qətlə yetirmişdi. Qriqoryan sovet rejiminin nümayəndəsi idi”.




 
Bölməyə aid digər xəbərlər
22.02.2020
Xocalı soyqırımı insanlığa qarşı törədilən qanlı cinayətdir
22.02.2020
“Azərbaycanın hər sahədə Türkiyəyə göstərdiyi maraq göz önündədir”
22.02.2020
Amerikalı politoloq: Rəsmi Bakıya etimad yüksək səviyyədədir
21.02.2020
Amerikalı alim: Ətrafda qiyamət qopur, Azərbaycanda isə sakitlikdir
21.02.2020
“Rusiya ilə qarşıdurma yaratmaq niyyətimiz yoxdur”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info