1990-cı ilə qədər amerikalılar Azərbaycan haqqında çox şey bilmirdi
Tarix: 17.01.2020 | Saat: 11:40:00 | E-mail | Çapa göndər


Bu gün ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Xarici İşlər naziri Elmar Məmmədyarov, xarici ölkələrin səfirləri, ADA Universitetinin rektoru Hafiz Paşayev, universitetin müəllim və tələbə heyəti iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva tədbiri açıq elan edib.
Tədbiri giriş sözü ilə açan ADA Universitetinin rektoru Hafiz Paşayev 20 yanvar faciəsi və bu faciəyə xarici ölkələrin münasibəti haqqında danışıb. Rektor bildirib ki, Azərbaycan xalqı hər il bu günü həm qəmginliklə, həm də qürurla qeyd edir. Çünki 20 Yanvar müstəqilliyimizin müəyyənləşdirilməsində çox mühüm rol oynayıb.
H.Paşayev ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı dərc edilən məqalələrdən, kitablardan söz açıb: “Azərbaycanın müstəqillik hərəkatı ilə bağlı həqiqətləri amerikalılara çatdırmaq çox vacib idi. Onlar bu mövzuya çox dərindən yanaşdılar. 1990-cı ilə qədər amerikalılar Azərbaycan haqqında çox şey bilmirdi və o hadisələr zamanı baş verənlər haqqında çoxlu yalan məlumatlar var idi”.
Digər çıxışçılar da 20 Yanvar hadisəsinin məqsədləri haqqında danışıb və onun Azərbaycan xalqına qarşı törədilən qanlı hadisə olduğunu diqqətə çatdırıblar.




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Bako Saakyan hətta “QHT” səviyyəsinə çata bilməyib
18.02.2020
ÜmumAvropa Qarabağ mitinqi-Berlin, 22 fevral 2020
18.02.2020
Tural İsmayılov: “Paşinyana qarşı erməni lobbisi də etiraza başlayıb artıq”
18.02.2020
Əliyev-Paşinyan debatında diqqətdən qaçan məqam
17.02.2020
MSK 34 saylı Xətai III Seçki Dairəsi üzrə 7 məntəqədə seçkinin nəticələrini ləğv edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info