“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi Nazirlər Kabinetinə göndərilib
Tarix: 17.01.2020 | Saat: 11:47:00 | E-mail | Çapa göndər


“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi və uyğunlaşma paketi hazırlanaraq artıq aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib.
Onun sözlərinə görə, qanun layihəsi uyğunlaşma paketi ilə birlikdə artıq Nazirlər Kabinetinə göndərilib. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icra edilməsi üçün müvafiq işçi qrupları yaradılıb və Tədbirlər Planı hazırlanıb.
Q.Təhməzli əlavə edib ki, ötən il Agentliyin fəaliyyət istiqamətləri üzrə mövcud qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə 6 qanun qəbul olunub, 9 fərman və 11 sərəncam imzalanıb.

AQTA sədri bildirib ki, Nazirlər Kabineti tərəfindən mövcud qanunvericilik aktlarının uyğunlaşdırılması və yeni qaydaların təsdiqi ilə əlaqədar 7 qərar qəbul edilib.

Q.Təhməzli qeyd edib ki, sanitar, fitosanitar və baytarlıq normalarının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Kodeks Alimentarius Komissiyası, Bitki Sağlamlığı və Heyvan Sağlamlığı üzrə İşçi qrupları yaradılıb və Tədbirlər Planı hazırlanaraq təsdiqlənib. Artıq 6 sanitar, fitosanitar, baytarlıq norma və qaydalar Agentliyin Kollegiyasının qərarı ilə təsdiq edilib, 20-dən çox layhə isə müvafiq Komissiya və İşçi qruplarda müzakirələrə çıxarılıb.
Bundan başqa, 2019-cu ildə enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” hazırlanıb və Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.02.2020
Azərbaycan nefti həftə ərzində 1,45% bahalaşıb
24.02.2020
“Brent“ markalı neftin qiyməti 57 dollardan aşağı düşüb
23.02.2020
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar
22.02.2020
22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günüdür
22.02.2020
“Azeri Light”ın bir barrelinin qiyməti 60,21 dollara düşüb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info